Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Ekspertlər: “Azərbaycanda evlilik müqaviləsi də tibbi müayinə kimi məcburi olmalıdır”

Ekspertlər: “Azərbaycanda evlilik müqaviləsi də tibbi müayinə kimi məcburi olmalıdır”

Azərbaycanda yeni qurulan ailələrdə evlilik müqaviləsinin bağlanması o qədər də genis yayılmayıb. Bu səbəbdən indi də evlilik müqaviləsinə birtərəfli münasibət  var. Ölkəmizdə     evlilik müqaviləsinin imzalanmasını insanların çoxu yanlış və yersiz hərəkət  kimi   qiymətləndirir. Ancaq bu, heç də yanlış və yersiz deyil. Çoxları düşünür  ki, evlilik müqaviləsi  nikaha kölgə salır. Əslində evlilik özü də müqavilədir. İki insan nikahın bağlanması ilə evliliklərinə imza atırlar. Əgər evlilik  müqaviləsi olmasaydı,  boşanmaq üçün heç kim  məhkəməyə getməzdi. Boşanma zamanı problemlərin minimuma endirilməsindən ötrü evlilik müqaviləsinin  imzalanması vacibdir. Qeyd  edək  ki ölkəmizdə evlilik müqaviləsini daha çox  incəsənət, idman, media, biznes sahələrində çalışan insanlar imzalayır.

Modern.az  saytı  evlilik müqaviləsinin bağlanmasın vacib olub-olmadığı, müsbət cəhətləri  mövzusunda  psixoloq Elmir Əkbər və  “Qadın və Tərəqqi” İctimai Birliyinin sədri, eks-deputat Lalə Abbasovanın fikirlərini təqdim edir.

Psixoloq Elmir Əkbərin fikrincə, təəssüf  ki, Azərbaycanda evlilik müqaviləsini insanlar  müdaxilə kimi qiymətləndirir: “Əgər ölkəmizdə evlilik müqaviləsinin bağlanması  könüllülükdən məcburiliyə keçirilsə, hər kəs öz hüququnu daha yaxşı dərk edər. Tibbi müayinə könüllülükdən məcburiliyə keçirildi, evlilik müqaviləsi də belə olmalıdır”.

Lalə Abbasovanın sözlərinə görə, ölkəmizdə hələ insanlar evlilik müqaviləsinin bağlanmasına hazır deyil: “Əlbəttə, heç bir ailə ayrılmaq üçün qurulmur. Ancaq hərtərəfli düşünmək gərəkdir. Evlilik müqaviləsinin müsbət cəhəti odur ki, qadın və kişi əvvəldən müqavilə imzalamaqla öhdəlik götürür. Onu qeyd etmək istyirəm ki, hal-hazırda kitabımda tibbi müayinənin məcburi olması bağlı qanun 2015-ci il iyunun1-dən qüvvəyə minib”.

Məlumat üçün  bildirək  ki, Lalə Abbasova ölkəmizdə ilk evlilik  müqaviləsi mövzusunda  yazılan “İcbari  nikah ailənin sığortalanmasıdır”  kitabının müəllifidir.

 

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın