Cümə , Avqust 23 2019
Ana səhifə / Gündəm / Eks-deputatın əmlaklarının dəyəri açıqlanacaq

Eks-deputatın əmlaklarının dəyəri açıqlanacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev ifadə verərək deyib ki, D.Xəlilovun adına kreditləri İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin göstərişi ilə verib.

D.Xəlilov isə şirkətlərin yaradılması ilə bağlı bankda E.Mustafayevlə görüşdüyünü deyib. Qarşı tərəf bunu təkzib edərək həmin görüşün onunla yox, C.Hacıyevlə keçirildiyini bildirib.

Dövlət ittihamçısının təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklarının dəyərinin müəyyən olunması üçün ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilib.

Ekspertin rəyi verilənə kimi proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına köçürülüb.

D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiş rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb.

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın