Cümə axşamı , May 28 2020
Ana səhifə / Gündəm / Dünyanın bütün qitələrini gəzərək ov edən azərbaycanlı ovçu – VİDEO

Dünyanın bütün qitələrini gəzərək ov edən azərbaycanlı ovçu – VİDEO

Azərbaycanlı ovçu Asif İlyasov 16 ildir təhlükəli və elə bu qədər də maraqlı işlə məşğuldur.
Azinforum.az -ın Xezerxeber.az-a istinadən məlumatına görə, Asif İlyasov demək olar ki, ömrünün yarısını ovçuluğa həsr edib.
Dünyanın bütün qitələrində ov etməyi özünə həyat tərzi seçən ovçu deyir ki, bir çoxunda ölüm təhlükəsi yaşasa da, təbiətə olan marağı ona stimul verir.
Ən yırtıcı heyvanlarla üzbəüz gələn Asif ovçuluğa biznes kimi yox, dünyanın ən maraqlı hobbisi kimi baxır. İlk ovuna Azərbaycanda başlayan A.İlyasovun ən böyük istəklərindən biri isə yenidən Amazon cəngəlliklərinə qayıtmaqdı.
Afrikada şir, Antarktidada ağ ayı, Amazonda anakonda, Asiya çöllərində boz ayı ovlayan həmyerlimiz getdiyi bütün ölkələrdə vətənimizin təbliği ilə də məşğul olur.
Deyir ki, dünya ovçularının əksəriyyətinin ölkəmiz haqqında məlumatları var, hətta onlar harasa ova gedərkən həmyerlilərimiz ilə məsləhətləşirlər. Dünyanın aparıcı media qurumları onların ovları haqqında sənədli filmlər də çəkib.
Asif İlyasov yaxın günlərdə yenidən Amazon meşələrinə getmək istəyir. Onun bu dəfəki məqsədi ən böyük anakondanı tutmaqdır.
Ətraflı videomaterialı təqdim edirik :

Həmçinin oxuyun

Əbülfəz Qarayev mətbuat katibinə ev bağışlayıb, həmçinin jurnalistlər binasından ev verilib

Sabiq mədəniyyət naziri Əbülfəz Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir. İndi isə bir …

Bir cavab yazın