Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Dünyanın ən bahalı şəhərləri – Bəs biz hardayıq?

Dünyanın ən bahalı şəhərləri – Bəs biz hardayıq?

Yaşayış xərcləri və istehlak səbətinin dəyəri ən yüksək olan şəhər seçilib.

“ Azinforum.az ” Anspress-ə istinadən xəbər verir ki, bu ada Honkonq layiq görülüb. Beynəlxalq müşavirlik şirkəti olan “Mercer” ən bahalı şəhərlər ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Ən bahalı şəhərlər sırasında Bakının da adı çəkilib.

Sıralamada Honkonqdan sonra Anqolanın paytaxtı Luanda yer alıb. Bir neçə ildir ki, cədvəldə 1-ci olan Luanda bu il valyutasının ucuzlaşması səbəbindən geriləyib. Ardınca Sürix, Sinqapur, Tokio, Konqonun paytaxı Kinşasanı da görmək olar. İlk onluqda bir neçə şərq şəhərləri ilə bərabər Cenevrə də özünə yer tapıb.

Bu siyahıda Azərbaycanın da adı var. Paytaxt Bakı yaşayış xərcləri və istehlak səbətinin dəyərinə görə bahalı sayılan şəhərlər sıralamasında 172-ci yerdə durur. Ötən il eyni sıralamada 33-cü yerdə olduğu deyilən paytaxt “Mercer” nəşrinin fikrinə görə ən çox ucuzlaşan şəhərlərdəndir. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 67, Türkiyənin İstanbul şəhəri 101, İran – Tehran 203, Tiflis isə 198-ci yerdədir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın