Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Dünya liderlərinin ixtisasları – Hüquqşünas Obama, iqtisadçı Putin, kimyaçı Merkel…
Ðîññèÿ. Àñòðàõàíü. 29 ñåíòÿáðÿ. Ïðåçèäåíò Èðàíà Õàñàí Ðîóõàíè, ïðåçèäåíò Êàçàõñòàíà Íóðñóëòàí Íàçàðáàåâ, ïðåçèäåíò ÐÔ Âëàäèìèð Ïóòèí, ïðåçèäåíò Òóðêìåíèñòàíà Ãóðáàíãóëû Áåðäûìóõàìåäîâ è ïðåçèäåíò Àçåðáàéäæàíà Èëüõàì Àëèåâ (ñëåâà íàïðàâî) íà ñîâìåñòíîé ïðîãóëêå ãëàâ ãîñóäàðñòâ-ó÷àñòíèêîâ IV Êàñïèéñêîãî ñàììèòà íà íàáåðåæíîé Âîëãè. Ôîòî ÈÒÀÐ-ÒÀÑÑ/ Àëåêñåé Íèêîëüñêèé

Dünya liderlərinin ixtisasları – Hüquqşünas Obama, iqtisadçı Putin, kimyaçı Merkel…

Dövlətlərə rəhbərlik edən başçılar siyasətçi peşəsinə sahib olmaqla yanaşı, ali məktəblərdə yiyələndikləri ixtisasa malikdirlər. Onların çoxu prestijli ali təhsli müəssisələrində siyasət elmindən dərs alsalar da, aralarında hüquqşünas, iqtisadçı, yaxud hərbçi ixtisaslarına yiyələnənlər az deyil. Modern.az saytı dünyanın və regionun dövlət rəhbərlərinin bitirdiyi ali təhsil müəssisəsi və yiyələndikləri ixtisaslar barədə informasiyanı təqdim edir.
Azərbaycan prezidenti İlham Əliyev 1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. 1982-ci ildə institutun aspiranturasında təhsilini davam etdirib. Dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi adını alıb və bir müddət bitirdiyi Moskva Beynəlxalq Əlaqələr İnstitutunda dərs deyib. İlham Əliyev siyasi elmləri doktorudur.

ABŞ prezidenti Barak Obama – Kolumbiya və Oksford Universitetlərini bitirib. O 1979-1983-cü illərdə Kolumbiya Universitetində beynəlxalq münasibətlər fakültəsində oxuyub. Buranı bitirib, bakalavr dərəcəsi aldıqdan sonra isə 1988-ci ildə Harvard hüquq məktəbinə daxil olub. 1991-ci ildə hüquqşünas ixtisası üzrə təhsilini başa vurub. 2004-cü ilə qədər Çikaqo Universitetinin hüquq məktəbində konstitusiya hüququndan mühazirə deyib. Barak Obama hüquq elmləri doktorudur.

Böyük Britaniyanın baş naziri Devid Kemeron İton kollecini (1979-1983) və Oksford Universitetini (1984-1988) bitirib. O, universitetdə siyasət, fəlsəfə və iqtisadiyyat üzrə bakalavr təhsili alıb və Oksfordu birinci dərəcəli diplomla bitirib.

Almaniyanın kansleri Angela Merkel Karl Marks adına Leypsiq Universitetinin fizika fakültəsini (1974-1978) bitirib. Bundan sonra kommunist Almaniya Demokratik Respublikası Elmlər Akademiyasının Fiziki Kimya üzrə Mərkəzi İnstitutunda işləməyə başlayıb. İnstitutun nəzəri kimya şöbəsində çalışan Merkel 1986-cı il yanvarın 8-də dissertasiyasını uğurla müdafiə edərək təbii elmlər üzrə doktor elmi adı qazanıb. Bundan sonra analitik kimya şöbəsində çalışmağa başlayan alim qadın kanslerliyə qədər uzanacaq siyasi karyerasının başlanmasına görə elmi fəaliyyətinə son verib.

Fransanın prezidenti Fransua Olland Paris Siyasi Tədqiqatlar İnstitutunu, HEC Paris biznes məktəbini bitirib. 1978-1980-ci illərdə isə Milli İdarəetmə Mərkəzində siyasət dərsləri alıb. Elmi məqalələri və monoqrafiyaları olmasa da, Fransa prezidenti  “Sosialistik ideya bugün” (2010) və “Niyə sosializm olmasın?” (2010) kitablarının müəllifidir. 2011-ci ildə Nikolya Sarkozi ilə prezidentlik yarışına girən zaman isə “Fransanın taleyi” kitabını çapdan buraxmışdı.

Rusiya prezidenti Vladimir Putin 1970-1975-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Daha sonra DTK orqanlarına xidmətə keçməsi ilə bağlı fəaliyyətini öncə DTK-nın ali məktəbində, daha sonra isə Andropov adına DTK institutunda alıb.
Vladimir Putin 1997-ci ildə Sankt-Peterburq Dövlət Universitetində “Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının strrateji istehsal planlaşdırmasının təşkili” mövzusunda dissertasiya işi müdafiə edib və iqtisadiyyat üzrə elmlər namizədi adını alıb.

İran prezidenti Həsən Ruhani 1969-cu ildə Tehran Universitetinə daxil olub. 1972-ci ildə isə məhkəmə hüquq üzrə bakalavr diplomu alıb. Sonralar Həsən Ruhani Şotlandiyada magistr təhsili alıb və 1995-ci ildə Qlazqo şəhərində yerləşən Kaledon Universitetində “İslam qanunverici hakimiyyəti İranın nümunəsində” adlı magistr dissertasiyası müdafiə edib. 1999-cu ildə eyni universitetdə dövlət hüquq sahəsində hüquq elmləri namizədi elmi adı qazanıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 1987-ci ildə Tbilisi Dövlət Universitetinin Fəlsəfə və psixologiya fakultəsini bitirib. 1993-1996-cı illərdə Mərkəzi Avropa Universiteti və Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda dərs deyib. Georgi Marqvelaşvili 1998-ci ildən Tbilisi Dövlət Universitetində fəlsəfə elmləri üzrə elmlər doktorudur.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 1965-ci ildə Piyalə Paşa ibtiadi məktəbini bitirərək İstanbuldakı İmam Xatib liseyinə daxil olub. 1981-ci ildə isə Mərmərə Universitetinin İqtisadi və kommersiya elmləri fakultəsini bitirib. Elmi dərəcəsi olmayan Rəcəb Tayyip Ərdoğan bir çox universitetlərin fərxi doktoru adını alıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın