Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Gündəm / DTX-nin Mərkəz rəisi: “Təəssüf ki, 30 gün artıq 90 günə çatıb”

DTX-nin Mərkəz rəisi: “Təəssüf ki, 30 gün artıq 90 günə çatıb”

Kritik informasiya infrastrukturunun siyahısının təsdiq olunması ilə bağlı Nazirlər Kabineti tərəfindən verilmiş tapşırıq icradadır.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı bildirib.

“Bununla bağlı biz müraciət etmişik və tapşırıqda qoyulan 30 gün ərzində sorğular cavablandırılmalıdır. Təəssüf ki, 30 gün artıq 90 günə çatıb. Kritik informasiya infrastrukturlarının sahibləri belə obyektləri müəyyən edib göndərməkdə ya çətinlik çəkirlər, ya da ilk təcrübədir deyə normal bir şeydir. Hökumət tərəfindən əsaslandırılmış sənədimiz də var. Bu, ilk təcrübədir və növbəti təcrübədə dəyişikliklərlə daha mükəmməl sənədin hazırlanması gözlənilir. Hər il bu obyektlərin siyahısında dəyişikliklərin gözlənilməsi nəzərdə tutulur”, – deyə Davud Rüstəmov əlavə edib.

Həmçinin oxuyun

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu bildirdi

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqlayıb.Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bu …