Cümə , Avqust 7 2020
Ana səhifə / Gündəm / DTX-dan daha bir əməliyyat: gömrüyün vəzifəli əməkdaşları qandallandı – Saxlanılanlardan biri sabiq icra başçısının kürəkənidir + DETALLAR

DTX-dan daha bir əməliyyat: gömrüyün vəzifəli əməkdaşları qandallandı – Saxlanılanlardan biri sabiq icra başçısının kürəkənidir + DETALLAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb.

Azinforum.az DTX-yə istinadla bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında  Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb:

“Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir”.

Xatırlada qki, Emin Hüseynov Xaşmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Həmçinin oxuyun

2 saylı “zon”da rəis müavinin qanunsuz tələbləri məhkumaları aclıq etməyə vadar edib

2 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Tahir Yusifov və müavini Eldəniz Əliyev haqqında Azinforum.az-a şikayət …