Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda 100 kq yararsız kolbasa aşkarlayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda 100 kq yararsız kolbasa aşkarlayıb

Bu gün Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) “Report”a bildiriblər ki, baxış zamanı 20 kvadratmetr sahədə, havalandırma və soyuducu sistemi olmayan qarajda soyuducusuz, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kiloqram olan kolbasa məmulatının saxlanıldığı və satıldığı aşkarlanıb.

İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi saxlanma müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş “Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.

Aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Obyektin qapısı komissiyanın iştirakı ilə möhürlənib və sahə polis müvəkkilinə təhvil verilib.

Kolbasa məhsullarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbir görüləcək.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın