Ana səhifə / Gündəm / «Doktor Canpolad Klinikası» və onun rəhbərliyi övlad arzusunda olan ailələrə kələk gəlir

«Doktor Canpolad Klinikası» və onun rəhbərliyi övlad arzusunda olan ailələrə kələk gəlir

Baş həkim Canpolad İmanov vətəndaşların ümidlərini puça endirib, onları xeyli xərcə salsa da, dərdlərinə çarə ola bilməyib 2011-ci ildə fəaliyyətə başlayan «Doktor Canpolad Klinikası» və onun baş həkimi androloq Canpolad Teyuf oğlu İmanovun adı müxtəlif vaxtlarda mətbuatın əsas tənqid hədəflərindən birinə çevrilib. Bunun əbəs yerə baş vermədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada qeyd olunur ki, Canpolad İmanov indiyədək çoxlu sayda insanın ümidlərini puça endirib, onları xeyli xərcə salsa da, dərdlərinə çarə ola bilməyib. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68 (Bakıxanov Ticarət Mərkəzi tərəf, «Arzu» şadlıq evinin arxası) ünvanında yerləşən «Doktor Canpolad Klinikası»nda qarın boşluğu orqanlarının, sidik-ifrazat sistemi orqanlarının, qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya (transabdominal və transvaginal), süd vəzilərinin, kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların, endokrin sistem: süd vəzisinin, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas, yumurtalıqların, ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumaların və exokardioqrafik ultrasəs müayinəsinin, o cümlədən dölün USM-inin həyata keçirildiyini bildirən mənbənin sözlərinə görə, təxminən 3 il bundan əvvəl həkim səhlənkarlığının qurbanı olduğunu iddia edən İsmayıllı rayonu, Kürdmaşı kənd sakini Tünzalə İsmayılova qeyd edib ki, telekanallardakı reklamları görəndən sonra sonsuzluq problemi ilə bağlı «Laçın» klinikasına müraciət edib: «Məlumat üçün bildirək ki, Canpolad İmanov o zaman adıçəkilən tibb müəssisəsinin baş həkimi olub. O, Tünzalə İsmayılovanı qəbul edib və deyib ki, müayinədən sonra problemin həll olub-olunmadığını dəqiq biləcək. Deyilənlərə görə, ilkin müayinə 800 manata başa gəlib. Ondan sonra baş həkim uşağın olacağına tam zəmanət verib. 02.05.2011-ci tarixindən 30.06.2011-ci il tarixədək Tünzalə İsmayılova klinikada təyin olunmuş bütün müalicələri qəbul edib. Arada klinikanın genekoloqu Lalə xanıma xəstənin qohumları xəbərdarlıq edir ki, başqa xəstəxanada «UZİ» müayinəsi zamanı Tünzalənin süd vəzlərində kiçik şişlər aşkarlanıb. Bəs sonsuzluqdan müalicə fəsad verə bilərmi? Lalə xanım xəstənin qohumlarını sakitləşdirir ki, bu adi haldı, heç bir fəsad ola bilməz. Nəticədə sonsuzluğa görə müalicə İsmayılovlar ailəsinə 5 min manatdan yuxarı başa gəlir. Bu pulun 2580 manatı klinikanın kassasına ödənilib. Qalanı isə reseptlərə və həkimlərə verilib. Lakin müalicənin heç bir xeyri olmayıb. Məsələnin maraqlı tərəfi ondadır ki, Canpolad İmanov Tünzalə İsmayılovaya övladının olacağına dair söz versə də sonda «Allah vermədi, olmadı da» deməklə kifayətlənib». Məlumatlı şəxs qeyd edir ki, uşaq olmaması bir yana, klinika həkimlərinin səhlənkarlığı ağır nəticə verib: «Belə ki, xəstənin süd vəzlərindəki şişlər fəsad verməyə başlayıb. Nəticədə Tünzalə İsmayılova 08.07.2011-ci il tarixdə Milli Onkologiya İnstitutunda əməliyyat olunub. Canpolad İmanov isə xəstəyə dəymiş maddi və mənəvi ziyanı ödəməkdən boyun qaçırıb». Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir informasiyada isə deyilir ki, bir müddət əvvəl «Doktor Canpolad Klinikası»na müraciət edən vətəndaşlardan birinin də başına oyun açılıb. Belə ki, Canpolad İmanovun baş həkimi olduğu klinikada gənc ailənin arzularını puç ediblər: «Reklamlarda gördüyümüz «Doktor Canpolad Klinikası»na müraciət etdik. Ailə qurmağımızdan xeyli vaxt keçməsinə baxmayaraq, övladımız olmurdu. «Lider» telelviziyasında doktor Canpolad İmanovun danışdığını gördüm. Həkim dönə-dönə vurğulayırdı ki, xəstələri şəxsən özü qəbul edir və yüz faiz müalicə edir. Amma belə olmadı. Klinikada müalicə aldığımız müddətdə bir dəfə də olsun Canpolad İmanovu görmədik. Klinikada ilk müayinə zamanı müəyyən problemlərimizin olduğunu dedilər və onlarla müayinədən keçirdilər. Bir neçə ay müalicə olduqdan sonra göstəricilərim daha da zəiflədi. Mən sual etdim ki, niyə belə oldu? Həkimlər dedilər ki, bu hal müalicə ilə əlaqəlidir, bir az keçdikdən sonra düzələcək. Lakin getdikcə vəziyyət daha da acınacaqlı oldu. Klinikada 2 min manatdan çox pulum çıxdı və səhhətimdə ciddi problemlərlə klinikadan uzaqlaşdım». Bu arada, Canpolad İmanovun bundan əvvəl «URUD» adlı klinika açdığını və bir müddət işlədikdən sonra həmin klinikanın bağlandığını vurğulayan mənbə bildirir ki, baş həkim bir müddət sonra öz adına uyğunlaşdırdığı «Doktor Canpolad Klinikası»nı açıb və eyni əməlləri burada təkrarlamağa başlayıb: «Deyilənlərə görə, müxtəlif telekanallarda durmadan özünü və sahibi olduğu klinikanı reklam edən, lakin bir o qədər də peşəkar tibb işçisi kimi xarakterizə olunmayan Canpolad İmanov əvvəllər dəf çalan olub, tibb sahəsinə sonradan baş vurub. Məsələnin maraqlı tərəfi ondadır ki, buna baxmayaraq, Səhiyyə Nazirliyi əhalini adlatmaqla, övlad həsrətilə alışıb-yanan ailələrə kələk gələn «Doktor Canpolad Klinikası» və onun rəhbərliyilə bağlı hələ də müvafiq tədbirlərə əl atmayıb. Görünür, Canpolad İmanov nazirlikdə kimlərləsə «dil tapmağı» bacarır…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=40699
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın