Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Gündəm / Deputatlığa namizəd olan iş adamı qanunları belə pozur – DSK hərəkətə keçməlidir

Deputatlığa namizəd olan iş adamı qanunları belə pozur – DSK hərəkətə keçməlidir

91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd, “AKİ İNTER” şirkətinin sahibi Cəlilov Kənan Yaqub oğlu Seçki Məcəlləsinin müvafiq tələblərinu pozaraq, vaxtından əvvəl təbliğata başlayıb.
Kənan Cəlilov artıq rəsmi sosial media hesablarında və mediada özünün seçki platformasını açıqlamaqla məşğuldur.

Lakin qanunvericiliyin tələblərinə əsasən, deputatlığa namizədlərin ölkə ərazisində seçkiqabağı təbliğat-təşviqat kampaniyasına yanvar ayının 17-də start verilir.

Qeyd edək ki, Kənan Cəlilovun adı mətbuatda indiyədək bir sıra qalmaqallarda hallanıb. “Google” beynəlxalq axtarış şəbəkəsi üzərindən aparılan monitorinqlər sübut edir ki, Kənan Cəlilovun sahibi olduğu “AKİ İNTER” şirkəti xaricdə təhsil adı altında vətəndaşları aldatmaqda ittiham olunur.

//Editor.az

Həmçinin oxuyun

“Fly Erbil Airways” və “Fly Armenia Airways”…PKK-nı Dağlıq Qarabağa Mehridən onlar daşıdı…

Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb?Azərbaycan ermənilər tərəfindən …