Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Gündəm / Deputatın polisi döyməsi təsdiqləndi – Araşdırma başlanıldı

Deputatın polisi döyməsi təsdiqləndi – Araşdırma başlanıldı

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən deputat seçilib. 

Həmçinin oxuyun

Jurnalistin texniki baxışla bağlı yazdığına aydınlıq gətirildi

Jurnalist Məhəmmədəli Qəribli istifadəsində olan avtomobilin texniki baxışı ilə bağlı ona xəbərdarlıq mesajı göndərilmədən 50 …