Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Deputat Adil Əliyev: “Karlovı Varıda evlər Sulutəpədəki evlərdən ucuzdur”

Deputat Adil Əliyev: “Karlovı Varıda evlər Sulutəpədəki evlərdən ucuzdur”

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması ilə bağlı iddialara münasibət bildirib.

A.Əliyev “Report”a açıqlamasında deyib ki, Karlovı Varıda evlər Bakının Sulutəpə qəsəbəsindəki evlərdən ucuzdur: “Həmin şəhərdə evim var. Burada qeyri-adi nə var ki?! Orada evlər kifayət qədər ucuzdur. Hər kəs oradan ev ala bilər”.

Qeyd edək ki, dünən virtualaz.org Çexiyanın kurort şəhərciyi Karlovı Varıda azərbaycanlı bəzi deputatlara və məmurlara məxsus evlərin olduğu barədə məlumat vermişdi.

Virtualaz.org Çexiyanın daşınmaz əmlak saytlarından dəqiqləşdirib ki, Karlovı Varı kurort şəhərində apartamentlərin qiymətləri arasında yerləşdiyi məkandan asılı olaraq kəskin fərqlər var. Burada ən ucuz ikiotaqlı mənzili 49 min avroya almaq mümkündür, lakin 3 otaqlı və 4 otaqlı mənzillərin qiyməti 200 min avrodan başlayır. Məsələn, sahəsi 123 kvadratmetr olan 3 otaqlı mənzilin qiyməti 360 min avrodur. 4 otaqlı mənzil isə 500 min avroya təklif olunur.

Karlovı Varıda fərdi evlər-villalar isə daha bahalıdır. Orada 8 otaqlı villa 1 milyon 980 min avroya təklif olunur. 6 otaqlı villa isə 463 min avro qiymətədir. Təbii ki, villaların da qiyməti yerləşdiyi məkandan və digər şərtlərdən asılı olaraq dəyişir. Bu şəhərdə 10 milyon avro və daha bahalı villalar da satılır. Yəni deputat Adil Əliyev dediyi kimi heç də istənilən azərbaycanlı gedib Karlovı Varıda özünə mülk, mənzil ala bilməz. Bunun üçün sanballı gəlirə malik olmaq lazımdır.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın