Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Daily Express”: Azərbaycan terror təhdidi riski yüksək olan ölkələr siyahısındadır

“Daily Express”: Azərbaycan terror təhdidi riski yüksək olan ölkələr siyahısındadır

Britaniyanın “Daily Express” qəzeti Avropada turistlər üçün təhlükəsiz ölkələr reytinqini tərtib edib.

Oxu.Az xəbər verir ki, reytinq Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatı əsasında tərtib edilib və yay fəslində xaricdə istirahət etmək britaniyalılara tövsiyə xarakteri daşıyır.

Siyahıya terror təhdidi riski yüksək olan İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa ölkələri daxildir.

Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, eləcə də Bosniya və Herseqovina terror təhdidi riskinin yüksək olan ölkələr siyahısında yer alıb.

Terror təhlükəsinin səviyyəsinin aşağı olan ölkələr siyahısına Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Monteneqro, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiya daxildir.

Təhlükəsiz ölkələr sırasında isə Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marin, Sloveniya və İsveçrə yer alıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın