Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Gündəm / Daha hansı məmurlar işini itirə bilər? – İslahat davam edəcək

Daha hansı məmurlar işini itirə bilər? – İslahat davam edəcək

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Prezident Administrasiyasında aparılan struktur islahatları ilə bağlı təkliflərlə çıxış edib.

Ekspert “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəlkə 10 ildir ki, KİV-lər  bir sıra qurumların bir-birinə birləşdirilməsi məsələsi diqqətdə saxlayır: “Düzdür, Prezident Administrasiyasında dəyişiklik edildi. Artıq iqtisadiyyata cavabdeh olan 3 köməkçinin olduğunu görürük. Bir çoxları da qeyd etmişdi ki, iki iqtisadi sahə üzrə köməkçi nəyə lazımdır?  Natiq Əmirov iqtisadi və sənaye üzrə köməkçi kimi fəaliyyət göstərəcək. Belə hesab etmək olar ki, sənaye sektoru Natiq Əmirovun kurasiyasına keçir. Sənaye parkları, layihələr və.s onun fəaliyyət sferasına daxildir. Yerdə qalan sahələrə isə Əli Əsədov nəzarət edəcək.

Reallıqda  baxanda isə bizdə iqtisadiyyatın daha mühüm sahəsi var. Məsələn, Rusiya, Amerikaya baxanda görürük ki, orada enerji məsələləri üzrə köməkçi var. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi enerji sektorudur. 4 ayın yekunlarına görə ixracatımızın 88 faizi enerji sektorundan əldə edilib. ÜDM-də enerji sektoru 40 faiz paya malikdir. Ancaq çox maraqlı haldır ki, enerji sektoru üzrə köməkçi yoxdur.

Həmçinin, maliyyə məsələləri üzrə köməkçinin olmasına da ehtiyac var. Bilirsiniz ki, 2016- cı ildə Azərbaycanda maliyyə məsələləri üzrə böyük bir qalmaqal oldu. Beynəlxalq Bank çökdü. Məlum oldu ki, ona nə Maliyyə Nazirliyi, nə  Mərkəzi Bank, nə də Hesablama Palatası nəzarət edib. Ancaq prezidentin yenə də maliyyə məsələləri üzrə köməkçisi yoxdur”.

İ. Şaban həmçinin gələcəkdə hansı qurumların ləğv edilməsinin mümkün olduğunu da açıqlayıb: “Əgər Azərbaycanda 5 milyard pul bir bankdan çıxarılırsa, maliyyə  sektoru çətin vəziyyətə düşürsə, heç bir problemi həll etmirsə, o zaman Maliyyə Nazirliyi lazımdırmı? Əgər prezident sərəncam verirsə, büdcəni bölürsə, Vergilər Nazirliyi də vergini yığıb təhvil verirsə, bəs Maliyyə Nazirliyi nə edir? Üstəgəl, heç nəyə də məsuliyyət daşımır.

Bundan əlavə,  Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı?  O nazirlik nə işlə məşğul olur?

Meliorasiya  və su təsərrüfatı ASC isə  “Azərsu” ya birləşdirilə bilər. Büdcədən pul alır, kanal çəkir, nəticəsi nədir?

İdarəetmədə hər şey effektivliklə ölçülür.  İndi Pirallahı  rayon statusu alıb. 4000 minə yaxın adam yaşayır. Ancaq 400000 min əhalisi olan rayonlar da rayon statusundadır.  Xərc məsələsini nəzərə alıb rentabellikdən çıxış etmək lazımdır.

Bundan sonrakı dövrlərdə neft və qaz gəlirləri əvvəlki illər səviyyəsində olmayacaq. Ona görə də dövlət aparatının və icra strukturlarının xeyli azaldılması məqsədəuyğun olardı. Bunun əvəzində isə onların effektivliyi məsələsi gündəmdə olmalıdır”.

Həmçinin oxuyun

3650 dollarlıq avtobil üçün 95 min dollar rüsum? – FOTO

Gürcüstanda 3650 dollara satılan avtomobilin Dövlət Gömrük Komitəsində rəsmiləşdirilməsi üçün 95 min 210 dollar rüsum …

Bir cavab yazın