Ana səhifə / Gündəm / Dəri xərçəngi kimlər üçün risklidir…

Dəri xərçəngi kimlər üçün risklidir…

Dəri xərçəngi ən çox rast gəlinən amma ən az təhlükəsi olan xərçəng növüdür.

Azinforum.az xəbər verir ki, Türkiyə Plastik və Rekonstruktiv Cərrahiyyə Mütəxəssisləri dəri xərçəngi haqqında narahat olan şəxsləri məlumatlandırmaq üçün açıqlama veriblər.

1. Dəri xərçəngi necə yaranır?

Dəri kənarda epidermis və onun altında dermis adlanan 2 təbəqədən ibarətdir. Epidermistə yastı hüceyrələr, bazal hüceyrələr və melanosit adlanan hüceyrələr yerləşir. Dəri xərçəngi dərinin müxtəlif qatlarındakı hüceyrələrin nəzarətsiz artmasıdır. Bunun ən sıx səbəbi də DNT bəlasıdır. Sıxlıqla günəş şüaları və ya solyarium UV dalğalar səbəbindən yaranır. Dəri xərçəngi ən çox rast gəlinən xərçəng növüdür və bütün xərçəng hallarının təxminən yarısını təşkil edir.

2. Dəri xərçənginə kimlər yoluxa bilər?

Günəş şüaları dəri xərçəngi üçün əsas risk amilidir. Solyariuma məruz qalan süni günəş işığı da xərçəng inkişafı üçün eyni riskə malikdir. Dəri xərçəngi üçün digər risk amillərinin başında yaş gəlir. Dəri illər keçdikcə nə qədər günəşə məruz qalarsa, dəri xərçənginin inkişaf riski də bir o qədər artır. Ağ bədənli, qırmızı saçlı, çilli, mavi gözlü və günəş yanığına meylli insanlar risq qrupundadır.

3. Dəri xərçəngləri melanom və melanomdan kənar olmaqla 2 qrupa bölünür.

Melanom kənar dəri xərçəngi xəstəliklərində ilk müalicə variantı xərçəng xəstəlikli toxumaların hamısının çıxarılmasıdır. Bunun yanında bəzi ilkin mərhələdəki dəri xərçəngi xəstəliklərində topikal kremlər (Imiquimod, 5 – florourasil kimi) istifadə edilə bilər.

4. Dəri xərçəngində erkən diaqnozun əhəmiyyəti nədir?

Erkən mərhələdə diaqnoz qoyulduqda müalicə şansı yüksəkdir. Ancaq bu dövrdə diaqnoz qoyulmasa sürətlə irəliləmə və digər orqanlara yayıldığı üçün müalicə şansı əhəmiyyətli dərəcədə azalır. Bu səbəblə bütün dəri xərçəngi xəstəliklərində erkən diaqnoz çox əhəmiyyətlidir.

5. Dəri xərçəngindən qorunmaq yolları nələrdir?

Bütün dəri xərçəngləri üçün ən mühüm hərəkətverici amil günəşdir. Həyat boyu məruz qaldığımız ultrabənövşəyi şüalar xərçəngin inkişaf riskini artırır. Bu səbəblə xüsusilə körpəlikdən başlayaraq, uşaq və gənclərin günəşdən qorunması və özlərini günəş işığından qorumağın yollarının öyrədilməsi vacibdir.Həmçinin genetik risk altında olan şəxslərin günəş şüalarından qorunmaları əhəmiyyətlidir. Günəş şüalarından qorunmaq üçün ən az 50 növ günəş qoruyucu krem istifadə edilməlidir.

Günəş qoruyucu kremləri günəşə çıxmadan 30 dəqiqə əvvəl tətbiq olunmalı və 2 saatda bir təkrarlanmalıdır. Günəşdən qoruyucu kremlər tək qaralarkən deyil, gündəlik həyatımızda, xüsusilə üz, boyun, əllər, qollar kimi daim günəşə məruz qalan bədən hissələrinə tətbiq edilməlidir. Gözləri qorumaq üçün də günəş gözlüyü istifadə edilməlidir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın