Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Cücələr niyə tələf olub? – Keyfiyyətiz yem və… – Xidmətdən açıqlama

Cücələr niyə tələf olub? – Keyfiyyətiz yem və… – Xidmətdən açıqlama

Hacıqabul rayon sakini Rövşən Səməd oğlu Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələrinin tələf olması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi araşdırma aparıb.
Bu barədə Mia.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, idarənin baytarlıq mütəxəssislərinin araşdırması zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilmiş, rayonun digər təsərrüfatlarında isə quşların və cücələrin xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb:
“Araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyeniki tələblərə uyğun olmadığı müəyyən edilmişdir.
Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilmişdir. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilmişdir.
Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkar olunmamışdır”.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərinə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın