Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / Çovdarovun Masazırdakı istixanasının qiyməti bəlli oldu – 35 milyon manat

Çovdarovun Masazırdakı istixanasının qiyməti bəlli oldu – 35 milyon manat

Hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun Masazırda yerləşən istixanasının qiyməti bəlli olub.

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, istixana kompleksi 35 milyon manat məbləğində qiymətləndirilib.

15 hektardan çox ərazini əhatə edən istixana sisteminin Qərb texnologiyası əsasında dünya standartına uyğun şəkildə hazırlandığı bildirilir. Aqrotexniki qulluq sisteminin tam olaraq avtomatlaşdırıldığı istixananın yalnız çölü deyil, içərisi də kameralaşdırılıb. Bura təhlükəsizlik kameraları ilə yanaşı, şitillərin vəziyyətini müşahidə etməyə imkan verən xüsusi növ kameralar da daxildir.

Mənbənin sözlərinə görə, istixana kompleksinin dəyərini artıran digər bir amil isə ərazidəki balqıçılıq təsərrüfatıdır. Hansı ki, bu təsərrüfat da Qərb standartları əsasında formalaşdırılıb və ciddi gəlir mənbəyidir.

Bilgili qaynağın sözlərinə görə, sözügedən istixana Rusiya da daxil olmaqla MDB məkanında analoqu olmayan unikal istixana kimi dəyərləndirilir və bir çox üstünlüklərinə görə, Şərqi və Mərkəzi Avropa dövlətlərindəki oxşarlarını da geridə qoyur.

Həmçinin oxuyun

METROPOLİTEN RƏSMİSİNİN DƏ PRAQADA BİZNESİ TAPILDI – Fotolar

“Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr …

Bir cavab yazın