Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Cocuq Mərcanlıda 50 ev kim üçün tikiləcək? – Açıqlama

Cocuq Mərcanlıda 50 ev kim üçün tikiləcək? – Açıqlama

İndiyə qədər Cəbrayıl rayonunun nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində – Cocuq Mərcanlı kəndində yalnız 1 ailə yaşayır.

“ Azinforum.az ” xəbər verir ki, Modern.az saytı ölkə prezidenti İlham Əliyevin bu kənddə əsaslı bərpa işləri ilə bağlı sərəncamından sonra kənddə olan insanlarla əlaqə saxlayıb. Cocuq Mərcanlı kəndinin icra nümayəndəsi Xanlar Zeynalov deyib ki, belə bir sərəncama sakinlər çox sevinib.

“Prezidentin sərəncamını çox müsbət qarşıladıq. Hamımız çox yaxşı əhvaldayıq. Hələlik ilkin mərhələdə orada 50 ailəni məskunlaşdırmaq nəzərdə tutulub. Əhali arasında da belə sual yaranıb ki, bu 50 ailə kimlər olacaq?! Bizə orada daimi yaşayacaq adamlar lazımdır. Yoxsa, gəlib məskunlaşıb evi sənədləşdirib, sonra çıxıb gedənlər lazım deyil. Qanunla daimi olaraq könüllü şəkildə kim Cocuq Mərcanlı kəndində yaşamaq istəyirsə, o adamlara ev veriləcək. Bu da çox müsbət qarşılanıb.

Cocuq Mərcanlı kəndində doğulub boya-başa çatmışam. Məktəbə də o kənddə getmişəm. Atam-anam o kənddəndir. Kənar yerdən deyil.

Lələ təpə yüksəkliyi erməni işğalında olanda da Cocuq Mərcanlı kəndinə gedib baş çəkirdim. Lələ təpə işğaldan azad olunandan sonra indi orada yaşamağa heç bir təhlükə yoxdur. Prezidentin fərmanından sonra böyük məmuniyyətlə gedib orada yaşayacağıq. Ailəm və mən başda olmaqla, gedib kənddə məskunlaşacağıq. Düzdür, oralar dağılıb. Amma hər şey dövlətimiz tərəfindən bərpa olunacaq. İnanın, insanlar hədsiz dərəcədə sevinirlər. Gənc, yaşlı insanlar lap çox sevinirlər. Nə etsinlər, Azərbaycanın 21 rayonunda məskunlaşıblar. Hamısı, dünəndən bəri zəng edirlər. Cocuq Mərcanlının sakinləri hər zaman təsərrüfatla məşğul olublar. Bilirlər ki, məskunlaşsalar, yenidən təsərrüfatı dirçəldəcəklər. Cocuq Mərcanlı kəndinin sakinləri prezidentin dünənki sərəncamını ikiəlli alqışlayılrlar”.

Qeyd etdiyimiz kimi, 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən və hələ ki buranın yeganə sakini olan Oqtay Nəbiyev də prezidentin sərəncamına sevinənlərdir.

“Prezidentin sərəncamını oxuyandan sonra çox sevindik. Çünki burada yaşamaq çox çətindir. Hər yer dağılıb. 24 il bundan əvvəl işğal olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpa olunması ilə bağlı cənab prezidentin sərəncamı alqışlanmalıdır. Cənab İlham Əliyevə çox böyük sevgilə minnətdarlıq edirik. Mənfur düşmənlər Cocuq Mərcanlıda daşı-daş üstə qoymayıblar. Nə yaxşı ki, ermənilərin məhv etdiyi kəndin yenidən abadlaşması üçün belə bir sərəncam verildi.

Hər kəs bu kənddən çıxıb gedəndən sonra bu kənddə yaşamağa davam edən yeganə sakinəm. Bu kəndin qazının, işığının, suyunun təmin olunmasını həyata keçirmişəm. Bu illər ərzində bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm. Təbii ki, çətinliklərimiz çox olub. Burada bir nəfər də olsun ailə olmayıb. Bir tərəfdə düşmən, digər tərəf zülmət. Təsəvvür edin, burada yaşamaq necə olub. Amma, ailəmlə bir-birimizə dəstək olmuşuq. Uşaqlarımın təhsil alması üçün hər gün onları qonşu kənddə yerləşən məktəbə aparıb-gətirmişəm.

Bu illər ərzində ailəmi təsərrüfatla dolandırmışam. Əl-ələ verib heyvandarlıqla, taxılçılıqla məşğul olmuşuq. Maddi durumumuzu təsərrüfatla təmin etmişik”.

Cocuq Mərcanlıda 50 ev kim üçün tikiləcək?  -  Açıqlama

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın