Ana səhifə / Gündəm / “CİP”inin nömrəsini lentlə bağlayan sürücü tapıldı

“CİP”inin nömrəsini lentlə bağlayan sürücü tapıldı

“Aprelin 24-də Bakı-Qazax yolunda yol hərəkəti qaydalarını pozan sürücü tapılaraq cəzalandırılıb. O, məhkəmənin qərarı ilə 500 manat cərimələnib”.

Bunu virtualaz.org saytına açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirdi ki, Bakı-Qazax yolunun 101 kilomertliyində “Toyota” markalı, 90 XB 200 dövlət nömrə nişanlı avtomobilin sürücüsü xüsusi örtükdən istifadə edərək nömrəni gizlətməyə çalışıb: “Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü Elvin Fərahim oğlu Məmiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə inzibati protokol tərtib edilib və iş Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Aprelin 27-də məhkəmə sürücü Elvin Məmiyevin 500 manat cərimələnməsinə dair qətnamə çıxarıb”.

Qeyd edək ki, bu məlumatı virtualaz.org saytı yaymışdı. Aprelin 25-də saytda “Belə özbaşınalıq olmamışdı, amma o da oldu…” başlıqlı yazı dərc olunmuşdu.

Həmin məqalədə deyilirdi ki, Bakı-Qazax yolunda lüks avtomobili idarə edən şəxs bütün yol hərəkəti qaydalarını kobudcasına pozub. “Toyota” markalı maşının dövlət nömrə nişanı qara lentlə bağlanıb. Məqsəd isə maşının radarlara düşməsinin qarşısını almaq olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən və heç bir radarı gözləməyən bu maşın Nəvai postundan çıxıb. Maşının həmin postda saxlanılıb-saxlanılmadığı məlum deyil. Lakin dəqiq olan budur ki, maşın dövlət nömrə nişanı qara lentlə bağlanmış şəkildə Dövlət Yol Polisinin (DYP) Nəvai postundan çıxaraq Bakıya doğru hərəkət edib.

Maşında olanların kimliyi də məlum deyil. Yalnız o məlumdur ki, DYP əməkdaşları buna göz yumub. Daha maraqlısı isə odur ki, şahidlərin verdiyi məlumata görə, saatda azı 120 km kilometr sürətlə hərəkət edən maşını Qaradağ postunda da saxlamayıblar. 4 nəfərin əyləşdiyi bu maşın yüksək sürətlə, bütün yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla Bakıya çatıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın