Şənbə , İyun 6 2020
Ana səhifə / Gündəm / Cavid Qurbanov niyə baş nazir ola bilməz… – FAKT

Cavid Qurbanov niyə baş nazir ola bilməz… – FAKT

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır.

Bununla bağlı DİA.AZ-a danışan mənbə iddia edir ki, əslində köhnə cəbhəçi komandanın tək-tük yadigarlarından olan Cavid Qurbanov hələ də iqtidar düşərgəsində özünü diskomfort hiss edir.

Mənbənin dia.az-a söylədikləri: “Onu zamanında nə köhnələr səmimi qəbul edib, indi də yeniləşən komandada ona yer olmadığı aşkar şəkildə duyulmaqdadır. “Azəravtoyol”dakı yeyintiləri səbəbindən Qurbanovu bu gün islahatçıdəmiryolçu kimi qəbul etmək təbii hesab olnmadığı kimi, onun bir kadr olaraq xarakterik xüsusiyyətləri də yeniləşmiş komandada qərarlaşmasını imkansız etməkdədir”.

Mənbə xatırladır ki, amma buna rəğmən Cavid Qurbanov nəinki geri durmur, əksinə yeni postlar uğrunda aşkar mübarizədədir. Hətta Azərbaycanda baş nazir təyinatının kifayət qədər yeni olmasına rəğmən, yenə də baş dəmiryolçu sözügedən posta iddialarından vaz keçmi. Lakin bu iddialar heç də reallığa çevrilməyib və şevrilə də bilməz. Bunu da dia.az-a açıqlamasında mənbə iddia edir: “Amma baş dəmiryolçunun indiki postundan yüksəyə qalxacağımümkün olmayacaq. Bu isə C.Qurbanovun keçmişi ilə bağlıdır”.

Xatırladaq ki, Cavid Qurbanov zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən vəzifəsindən qovulub və məlumatı verən mənbə bildirir ki, Cavid Qurbanova “STOP” qoyulması, onun müəyyən həddə qədər yüksəlişinin sərhədli olması da məhz həmin məqamla əlaqədardır.

Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.

İdaia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..


Həmçinin oxuyun

“Ziyəddinoğlu” MMC də belə narazılıq yaradır… – GİLEY