Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Cavid Qurbanov ləğv olunmuş qurumu hansı yolla bərpa etdi?

Cavid Qurbanov ləğv olunmuş qurumu hansı yolla bərpa etdi?

ADY-nin rəhbəri vaxtilə Ayaz Mütəllibov və İranla nəyə görə yaxınlıq edib?

«Azəryolservis» ASC-nin sabiq sədri, «Azərbaycan Dəmir Yolları» QSC-nin baş direktoru, millət vəkili Cavid Qurbanovun ölkənin baş dəmiryolçusu postuna təyinatı çoxlarını təəccübləndirmişdi. Bəlkə də Cavid müəllimin özü də bu təyinata təəccübləndi. Axı o daha böyük posta iddia edirdi. Məsələn, baş nazir olmaq istəyirdi və bu gün də istəyir… QSC-nin rəhbərliyində baş verən dəyişiklikdən bir müddət sonra bu qurum Nəqliyyat Nazirliyinin tabeliyindən tamamilə çıxdı. Başqa sözlə desək, Cavid Qurbanov nazir Ziya Məmmədovun tabeliyindən çıxdı. Gundelik-baku.com-un apardığı araşdırmalar göstərir ki, bu şəxsin QSC-yə baş direktor təyin edilməsi ölkəmizin dəmir yolu təsərrüfatında demək olar ki, heç nəyi dəyişməyib. Əksinə bu sahədə yeyinti və mənimsəmə halları daha da artıb.

Bu barədə bir qədər sonra ətraflı danışacağıq. İndi isə Qurbanovun keçmişindəki qaranlıq məqamlara toxunmaq istəyirik. Bir müddət əvvəl Dia.az saytı Cavid Qurbanovun bu günə qədər İran kəşfiyyatına aid iqtisadi şəbəkələrlə gen-bol əməkdaşlıq münasibətində olması barədə yazıb: «Bu gün axtarışda olan, Qurbanovun sürücüsü kimi tanınan Mahir Lənkəranlı faktoru da bu əlaqələrin təcəssümü kimi qəbul edilə bilər. Cavid Qurbanov necə ki, İrana aid şübhəli iş adamlarının Azərbaycanda fəaliyyətinə şərait yaradır, eləcə də onun İranda böyük biznesi var. Cavid Qurbanov İranda böyük biznes şəbəkəsi qurub və bu gün İrandan Türkiyəyə daşınan bir sıra İran istehsalı olan mallar məhz Cavid Qurbanovun da ortaqlıq etdiyi İran-Türkiyə biznes şəbəkəsinə aid şirkətlərdən biri tərəfindən həyata keçirilir. Bu şirkətin adı Türk-İran İş Mərkəzidir”. “Yeni Müsavat” isə bir müddət öncə yazmışdı ki, Qurbanova məxsus “Gəncəbank” ASC dövlətin fermerlərə ayırdığı krediti Gəncəbasarda 25-30 faiz “şapka” ilə kəndlilərə verir.

 

fer

Qəzet bundan başqa Cavid Qurbanovun qışda yollara səpilmək üçün aldığı “20 milyon manatlıq duz korrupsiyası” haqda da yazmışdı. “Gəncəbank”la bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalar apardığı bildirilmişdi. Araşdırmalara görə, millət vəkilinin atası Qəmbər Qurbanovun Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib: «Millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışıb.

Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya «qaynana» yolu çəkdirib. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Qurbanov ümummilli lider Heydər Əliyev dönəmində də mühüm post tutub. Lakin az sonra o vaxtkı «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu postdan azad edilib. Özü də dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: «Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin». Maraqlıdır ki, həmin dövrdə Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun adı «Azəravtoyol» Dövlət Şirkəti olub.

İllər keçdikdən sonra Cavid Qurbanov bir zamanlar itirdiyi vəzifəsini, eyni zamanda ləğv olunmuş qurumun adını yenidən bərpa etməyə nail olub. Belə ki, hazırda Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun adı bir zamanlar Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun adı ilə eynidir. Əldə etdiyimiz məlumatlara görə, ASC-nin sədri Saleh Məmmədov məhz Qurbanovun adamıdır. Növbəti yazımızda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Stadler Rail Group” şirkəti ilə milyardlıq layihəsi, göyə sovrulan büdcə pulları, Cavid Qurbanovun vəzifədə olan qohumları və oğlu Şəmşir Qurbanovun biznesi haqda şok faktları açıqlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik. “Gundelik-baku.com”

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın