Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Gündəm / Casusluqda ittiham edildiyi deyilən fransalı Azərbaycanda kimin işçisi olub?

Casusluqda ittiham edildiyi deyilən fransalı Azərbaycanda kimin işçisi olub?

Xəbər verdiyimiz kimi, fransız jurnalist Leo Nikolyan Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunan şəxsin kimliyini açıqlayıb.
Casusluqda ittiham olunduğu bildirilən Fransa vətəndaşı Martin Rayan 9 oktyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Merkorama” MMC-nin qanuni təmsilçisi olub.
Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Mehdi Abbasov, ev 13, M8, m. 5-də yerləşir.

Martin Rayan

“Merkorama” MMC Azərbaycanda qida məhsullarının topdan satışı ilə məşğul olub. 31 may 2021-ci il tarixində Qida Təhlükəsilziyi Agentliyində (AQTA) qida məhsullarının topdan satışı ilə əlaqədar 10-Q-04031 nömrəsi ilə qeydiyyata alınıb. AQTA ötən ilin may ayında “Merkorama” MMC-nin qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
Martin Rayan “Merkorama” MMC-nin direktoru olmazdan əvvəl də Azərbaycanda fəaliyyət göstərib. 2019-cu ildə keçirilən “Bakutel 2019” sərgisində iş adamı kimi iştirak edib.
Onu da bildirək ki, “Merkorama” MMC-nin təsisçilərindən birinin Zaur Mustafayev adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Zaur Mustafayevin 2022-ci ildə Fransanın Azərbaycandakı səfirliyində işlədiyi qeyd olunub. Zaur Mustafayev 2006-2013-cü illərdə Fransanın Monpelye Universitetində təhsil alıb.

Zaur Mustafayev

Qeyd edək ki, 1289-cu ildə yaradılan Monpelye Universiteti Fransanın ən qədim universitetlərindən biridir. Yeniavaz.com 

Həmçinin oxuyun

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir …