Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Cahangir Hacıyevin arvadını niyə heç kim axtarmır…

Cahangir Hacıyevin arvadını niyə heç kim axtarmır…

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadının beynəlxalq axtarışa verilməsinə dair məhkəmə qərarı icra olunmamış qalıb.

Virtualaz.org xəbər verir ki, beynəlxalq polis təşkilatı İnterpol Hacıyeva Zamirə adlı şübhəlinin axtarışı ilə məşğul deyil və onun adı təşkilatın axtarılanlar siyahısında yoxdur.

Xəbər verildiyi kimi Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Bakının Nərimanov rayon məhkəməsi çıxarıb. Qərara əsasən Zamirə Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Zamirə Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb.

Göründüyü kimi Z.Hacıyevanın barəsində çıxarılmış beynəlxalq axtarış qərarı formal xarakter daşıyıb. Bu yaxınlarda Cahangir Hacıyev vəkili vasitəsilə bəyan etmişdi ki, Beynəlxalq Bankın ona məxsus yüz milyonlarla dollarlıq səhmlərini dövlətə təhvil verib və deməli bankdan pulların mənimsənilməsinə dair ona qarşı irəli sürülmüş iddia qüvvədən düşməlidir. O cümlədən Zamirə Hacıyevaya qarşı 18 milyon manatlıq mənimsəmə əsassızdır.

Virtualaz.org

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın