Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qız tapıldı

Cəlilabadda bacısının ərinə qoşulub qaçdığı deyilən qız tapıldı

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini,15 yaşlı Aynurə Nağıyeva tapılıb.

Bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğluna qoşulub qaçdığı deyilən A.Nağıyeva özü polis şöbəsinə gəlib. Hazırda A.Nağıyevanın hara və nə məqsədlə getdiyi araşdırılır.

A.Nağıyevanın qoşulub qaçdığı deyilən Ə.Məmmədov isə hələlik tapılmayıb və onun harada olduğu bilinmir.

Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın