Bazar , Yanvar 17 2021
Ana səhifə / Gündəm / “Cəhənnəm”ə xoş gəldiniz, Sevindik Hətəmov!

“Cəhənnəm”ə xoş gəldiniz, Sevindik Hətəmov!

Son 20 ildə ikinci dəfədir ki, icra başçısını rayon əhalisi gül-çiçəklə yola salır. Əgər birinci dəfə bu etimadı Astara rayonunun icra başçısı İbrahim Quliyevə yeddi illik xidmətinə görə göstərmişdilərsə, bu dəfə Yardımlı camaatı daha az müddət rayona rəhbərlik etmiş Sevindik Hətəmova bu xoşbəxtliyi nəsib etdi. Maraqlı məqam həm də odur ki, gül-çiçəyə görə “güllələnmiş” icra başçısının yerinə təyinat almaqla. Əslində Sevindik Hətəmovun bir rayondan digərinə transferi iqtidarın son illər həyata keçirdiyi kadr islahatlarının bir çalarıdır – Əlinin papağını Vəlinin başına qoymaq bir dəb. Orasıyla işimiz yox ki, elə icra başçısı var ki, beşinci dəfə yerdəyişmə sərəncamıyla şərəfləndirilib, baxmayaraq ki, heç birində yaralı barmağa ilkin tibbi yardım qədərincə xidmətləri olmayıb. Əlqərəz…
Keçdik Salyana.
Salyan ölkənin ən iri rayonlarından biri olmaqla yanaşı, həm də məlum illərə qədər, yəni ölkədə regionçuluq və qruplaşma dövrünəcən, ölkənin siyasi, iqtisadi, hərbi, ictimai və eləcə də mənəvi-ruhi, ədəbiyyat, mədəniyyət, incəsənət  cəbbəxanasında kifayət qədər kadr potensiyalıyla ilk sırada olmuşdur. Tayfabazlıq və regionçuluq tətbiqindən sonrakı dönəmi ən gözəl ifadə edən aforizm də var: “Daydayısı olmayan naxçıvanlı elə salyanlı kimi bir şeydir”. Əlqərəz deyək bir daha və keçək mətləbə.
Yəni: bu qədər kadr potensialı olan rayonda ala qarğa bala çıxarmamalıdı. Miq.az-ınaraşdırmalarına görə, axır dönəmlərdə, xüsusən də 1998-ci ildən bu yana heç kim iki ildən artıq bu rayonda başçı işləyə bilməmişdir. (Gül çiçəlkə “güllələnmiş” Tahir Kərimov istisna olmaqla). Şəkidə adamlar ayamasız olmadığı kimi, Salyanda da icra başçısı dalı vedrəsiz olmamışdır.
Sormayın ki, amma nədən?
Əvvəla, reginoçuluq və tayfabazlıq azarından sonra bu mərəz “Salyan ağsaqqallarını” da düşündürməyə başlamışdır və… oduva, al gəldi. Hətta elə olub ki, icra başçısının otağına girib tapança ilə təhdid də ediblər. Amma və lakin…
Dərd orasıdı ki, salyanlılar üçün rahat və firavan həyatı qura, ciddiləşə, gücə çevrilə bilməyən, söz sahibliyinə yiyələnməyən bu rayon miqyaslı “tayfabaz”lar ancaq bunu edə biliblər ki, başçıya vedrə bağlasınlar. Bu “artilleriya atəşi”nin dalında isə tayfalarında 20-dən artıq polkovniki, hələ bir neçə də generalı olanlar edir. Baxmayaraq ki, salyanlıların indi ən üzdə olanı və həm general çininə,həm də deputat kreslosuna sahib Əliağa Hüseynov belə bu tip “taktiki-strateji əməliyyatlar”da birbaşa iştirak etməsə də, dəst-xətti gözəl hiss olunur. Maraqlı olan digər məqam isə odur ki, “Salyan elitası” cənab prezidentə sədaqət performansı nümayiş etdirməkdəykən, hətta qatı və radikal müxalifətin Salyanda atmadığı  addımları atır. Belə ki, “yiyəsiz və “julik” saytlar”da, nə oyanlıq, nə buyanlıq qəzetlərdə başçı kim olursa olsun, iqtidarı gözdən salan  “tutarlı faktlar”la əməlli-başlı “təxribatçı missionerliyi” yapırlar. Miq.az-ın əldə etdiyi məlumatlara görə,  ən çox da başçının Rəşad adlı müavini əsas vəsilədir bu proseslərdə. Necə deyərlər, iqtidarı qurd içindən yeyir.
Sevindik Hətəmova “”cəhənnəm”ə xoş gəldiniz” deyərkən də bunu nəzərdə tuturuq. Ən azından ona görə ki, qazandığı imici qorumaq üçün bunları bilməsi lazım. İstənilən halda biz Yardımlı camaatının göstərdiyi etimada inanırıq və yanlış etmədiklərindən əminik. Yardımlını idarə etmək daha çox çətindi – hərəsi bir dərədən bir dağa arxalanan insanlardı. Salyan kimi düzəngah deyil ki, əlini gözünə günlük edib hər tərəfi görəsən. Hərçənd Salyan bütövlükdə əl içində olsa da, hər tərəfdən görünən bu rayon həm də heç görünmür! Görüntü o qədər “şəffaf”dı ki, gərək teleskopla baxasan. Dağ adamlarına arxalanıb dağı dağlarda dağ üstə qoyan Sevindik Hətəmov üçün düzəngahda düzən yaratmaq həyatının ən çətin mərhələsi olacaq, zənnindəyik! Çünki kimi dindirsən, hamı iqtidarı dəstəkləyir, amma və ancaq bu aysberqin bir üzündəndir. Salyan razıların və narazıların şahmat taxtasında üz-üzə duran oyunçularından ibarətdir. Amma bu oyun uzun illərdir oynanılsa da, hələ ki, ortamda olan nəticə iqtidarın xeyrinə deyil. İqtidarın xeyrinə nəticə olmayan rayonlar isə rahat və firavan yaşamır. İstənilən halda, at gedişi edən iqtidar gül çələngini bəyənməyənlərin qabağına güllə yola salınanla çıxıb.
Bir azca diqqət və səbr həm salyanlılara lazımdı, həm də Sevindik Hətəmova.
Çünki Salyandakı elita həm istədiyinə nail olub, həm də nail olmayıb. Sevindik Hətəmov onların istədiyi başçı deyil. Salyanlıların kimi başçı istədiyini isə icra başçısının müavini Rəşad Cıbrayılov bilir.
Cəhənnəm zəbanisi bu qədər məlum. Bax bu mənada, Sevindik Hətəmova “uğurlar, bəy!” deyirik.
Bizdə hələ ki, gedənin dalınca danışırlar. Ki gələn işini bilsin!
Sonda onu da deyək ki, “cəhənnəm”in elə cənnət olduğunu sübut etmək Sevindik Hətəmovunboynunun haqqı.
Bu qədər sadə və bəsit! 
P.S. “Salyan – GENERALLAR VADİSİ” adlı növbəti yazımızı gözləyin.(miq.az)

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …

Bir cavab yazın