Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Cəbrayılın icra başçısı şikayətçiləri otaqdan qovdu: – RİH binasını tikmiş fəhlələr ondan pulunu istəyirmiş

Cəbrayılın icra başçısı şikayətçiləri otaqdan qovdu: – RİH binasını tikmiş fəhlələr ondan pulunu istəyirmiş

Biləsuvar rayonunda Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində işləmiş yüzdən çox işçi əmək haqqını ala bilmir. İşçilər 4 ildir ki, maaşlarını tələb etsələr də, onların tələbi yerinə yetirilmir.

Bu barədə “Bizim Yol”un əməkdaşına ünvanlanan müraciətdə bildirilir. Şikayətçi adının gizli qalması istəyini qarşılaşa biləcəyi təhlükə ilə əlaqələndirdi.

“Ötən gün Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə işsizlərə iş vermək adı ilə əhali ilə görüş keçirildi. Görüşdə iştirak edənlərin bir hissəsi icra hakimiyyətinin binasının tikintisində işlədiklərini, amma hələ də əmək haqlarını ala bilmədiklərini Cəbrayılın icra başçısı Mahmud Quliyevə bildirdilər. O da şikayətçilərə ənənəvi formada, yəni arzuolunmaz şəkildə cavab verdi və onları qovdu. Ona etiraz edənlərdən olan Taleh Əliyevi axşam saatlarında evindən icra hakimiyyətinə aparıblar. Hazırda onun səhhətində problem var. Ağır vəziyyətdədir”,-deyə şikayətçi bildirdi.

Onun sözlərinə görə, icra hakimiyyətinin binasının tikintisində işləyənlərin maaşı 500-1500 manat arasında dəyişib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın