Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Burun əməliyyatında ölən qız bu il BDU-ya qəbul olubmuş…

Burun əməliyyatında ölən qız bu il BDU-ya qəbul olubmuş…

Gəncədə burnundan estetik əməliyyat olunan gənc qız bu il universitetə qəbul olub.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 17 yaşlı Aygül Orucova BDU-ya daxil olub.

Qeyd edək ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın