Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bu rayonlarda olimpiya kompleksləri banka girov qoyulub – Nazirdən sensasion açıqlamalar

Bu rayonlarda olimpiya kompleksləri banka girov qoyulub – Nazirdən sensasion açıqlamalar

Gənclər və idman naziri Azad Rəhimov hazırda məhkəməsi davam edən Beynəlxalq Bank işi ilə bağlı açıqlama verib.

Azinforum.az virtualaz.org-a istinadən xəbər verir ki, nazir Beynəlxalq Bankı bir çox Olimpiya Kompleksini girov qoyduğunu bildirib. A.Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmamağının səbəbləri ilə bağlı suala cavabında bu məsələyə toxunub: “Dövlətin pulunun olmadığı vaxtlarda Olimpiya Komplekslərini digər strukturlar tikirdi.

Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb”.

Nazir onu da qeyd edib ki, Gəncə Olimpiya kompleksi nazirliyin artıq balansına keçib, Lənkərankompleksini söküb yenidən tikəcəklər, Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. A.Rəhimov deyib ki, komplekslərdən əl dəyişdiribmiş, biri hətta Hollandiya şirkətinə məxsus olub.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın