Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Bu pullar necə xərclənib…” – Əli Abbasov 300 minlik xərc məsələsinə aydınlıq gətirdi

“Bu pullar necə xərclənib…” – Əli Abbasov 300 minlik xərc məsələsinə aydınlıq gətirdi

Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibə bildirib.

Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, Əli Abbasov sayta açıqlamasında ümumiyyətlə, belə bir ifadə vermədiyini deyib.

Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərin ilkin istintaq zaması verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır:

“Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb.

Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirib.

Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm”.

Xatırladaq ki, ötən həftə sabiq nazirin istintaqa verdiyi ifadə yayılmışdı. Həmin ifadədə onun “Hər ay 200-300 min şəxsi işlərimə xərclənirdi” sözü də vardı…

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın