Ana səhifə / Gündəm / “Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?” – “Azəravtoyol”un əməkdaşlarına ittiham

“Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?” – “Azəravtoyol”un əməkdaşlarına ittiham

Vətəndaş Mətləb Hacıbaba oğlu Nəsibov “Azəravtoyol” ASC-nin rəisi Saleh Məmmədova tabeliyində olan “Yolların Mühafizəsi Xidməti”nin özbaşınalığı ilə bağlı ilginc müraciət edib.

"Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?"

Gununsesi.info-nun xəbərinə görə, müraciətdə bildirilir ki, “Azəravtoyol”un Elşad və Coşqun adlı əməkdaşları “ASAN Kommunal”-ın fəaliyyətinə açıq şəkildə kölgə salır.
Qeyd olunduğuna görə, adıçəkilən şəxs xüsusi mülkiyyətində olan, yəni, Binəqədi rayonu, S.S.Axundov küçəsi 457 B ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə aidiyyəti təşkilatların müvafiq razılıqları əsasında şəxsi vəsaiti hesabına kanalizasiya xətti çəkdirib.
Vətəndaş qeyd edir ki, bütün işləri qanuna müvafiq şəkildə görüb, “ASAN Kommunal” xidmətinə müraciət etməklə texniki şərt alıb. Eyni zamanda, “Azərsu” ASC-yə, “Azəravtoyol” ASC-yə, BTRİB-ə müraciət edib, həmin qurumların da rəsmi şəkildə razılığını alıb. Bundan sonra asfalt örtüyünün əvvəlki vəziyətinə gəlməsi üçün ASC-yə 500 manat rüsum da ödəyib.

"Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?"

Vətəndaş sonra qeyd edir:
“Elə qara günlərimiz də bundan sonra başladı. Belə ki, özlərini “Yolların Mühafizəsi Xidməti” MMC-nin rəhbər əməkdaşları kimi təqdim edən Elşad Abazərov və Coşqun Qarayev “mütləq onların da razılığı alınmalıdır”- deyə, bildirib, MMC-nin yerləşdiyi Biləcəri qəsəbəsi, Natəvan küşəsi 19 ünvanına gəlməli olduğumuzu bildirdilər.
Mən də səbəbini öyrənmək üçün Elşad Abazərovla əlaqə saxladım, o isə 500 manat veriləcəyi təqdirdə, məsələnin həll oluna biləcəyini söylədi. Mən də qanuni hüququmdan istifadə edib və müvafiq qurumların icazəsini əsas tutub borunu çəkdim. Bundan sonra bu MMC xüsusi mülkiyyət sahibinə heç bir məlumat verilmədən, şəxsən özü həmin ünvanda əvvəlcədən çəkilmiş kanalizasiya borularını təkrarən yerdən qazaraq çıxardıb, onları tamamilə yararsız vəziyyətə gətirib. Maraqlıdır ki, onların istəyinə əməl etməyəndə onda deyirlər ki, texniki şərtə əməl etməmişəm. Onda sual doğur, bəs müvafiq qrumlar tərəfindən qazıntı işləri aparılarkən bu qurum harada idi?!

"Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?"

Niyə öz vəzifələrini yerinə yetirib, müvafiq qurumların qazıntı işlərində iştirak etmirdilər? Əgər etmirlərsə, onda 400 yaxın əməkdaşı olan bu MMC kimə lazımdır? Ümumiyyətlə, hər rayonda yol idarəsi olduğu təqdirdə, bu MMC nəyə gərəkdir(əslində gərəkdir!!!)?
Artıq 15 gündür sahibkar kimi bizim fəaliyyətimiz dayanıb.Tərəfimdən şəxsən “Azəravtoyol”un “qaynar xətti”nə 5 dəfə zəng edib, öz imzalarına sahib durmalarını xahiş edib, bu cür MMC-nin əməkdaşları barədə tədbir görülməsini tələb etsəm də, hələ də məlum olmayan səbəblərdən məsələyə müdaxilə edilmir.
İndi mənə aydın olur ki, elə bu idarə yolları qorumaq əvəzinə, yollara qənim kəsilib. Yoxsa, bu qədər özlərinə arxayın olmazdılar. Söyləyiblər ki, get kimə istəyirsən de, qoy sənə icazə verənlər gəlsin, sənə kömək etsin. Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir? Kim onlara bu səlahiyyəti verib, nə haqqları var ki, açılışını şəxsən cənab Prezdent etmiş olduğu “ASAN Kommunal”-ın işini iflic edirlər?

"Bu, özbaşınalığın, vəzifə səlahiyyətini aşmağın adı nədir?"

Əgər araşdırma aparılsa, bu MMC-nin korporativ maraqları aydın olacaq. Qeyd edim ki, Binəqədi Rayon Prokurorluğunun başladsığı araşdırma Baş Prokurorluğa göndərilib…”

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın