Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Gündəm / Bu il dünyada 144 jurnalist ölüb – Son 10 ilin rekordu

Bu il dünyada 144 jurnalist ölüb – Son 10 ilin rekordu

Bu il dünyada jurnalist ölümü son 10 ilin rekordunu təzələyib. 

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının ilin yekununa dair məruzəsində yer verilib. Qurumun məlumatına görə, 2016-ci ilin əvvəlindən bugünədək 31 ölkədə 144 jurnalist həlak olub. Bu rəqəmlər son 10 ildə rekord hesab edilir. Təşkilatın araşdırmalarına əsasən, bu il ərzində İraqda 16 mətbuat işçisi həlak olub. İraqdan sonra isə beşliyi Suriya (14), Yəmən (9), Əfqanıstan (12) və Meksika (12) tamamlayır.

O da qeyd edilir ki, göstərilən ümumi rəqəmin (144) içərisinə noyabrda Braziliyadakı təyyarə qəzasında ölən 20 jurnalist də daxildir.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın