Bazar , Oktyabr 21 2018
Ana səhifə / Gündəm / Bu gün işdən çıxarılan icra başçısı: qarovulçunu döymüşdü, şəhidin ruhunu təhqir etmişdi.

Bu gün işdən çıxarılan icra başçısı: qarovulçunu döymüşdü, şəhidin ruhunu təhqir etmişdi.

Beyləqan rayonunun bu gün işdən çıxarılan icra hakimiyyəti başçısı Vaqif Abdullayev barəsində ən çox şikayət eşidilən, qanunsuz əməlləri ilə tanınan məmurlardan idi.

Virtualaz.org xatırladır ki, 2018-ci ilin mayında sosial şəbəkələrdə Vaqif Abdullayev tərəfindən döyülüb burnu sındırılan qarovulçunun müraciəti yayılmışdı. Həmin müraciətdə Beyləqanda tikilən Olimpiya Kompleksinin qarovulçusu işlərən Rahil Əliyev icra başçısı Vaqif Abdullayevin bərk sərxoş vəziyyətdə onu necə döydüyü, Qarabağda şəhid olan atasının ruhunu təhqir etdiyini danışırdı. Həmin müraciət barədə bu linkdə: http://virtualaz.org/uzbeuz/117525

*   *   *15:52

Prezident İlham Əliyev Vaqif Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

VİDADİ ZEYNALOV və DOSTLARI NİYƏ HƏBSDƏN BURAXILMADI?

Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat …