Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Bu dükandan alınan kürkdə problem nədir? – ŞİKAYƏT VAR

Bu dükandan alınan kürkdə problem nədir? – ŞİKAYƏT VAR

Ölkənin ən böyük xəz dəri firmalarından biri olan «Femina» xəz dəri dükanında konkret narazılıqlar baş alıb gedir. Məsələn bu dükandan konkret olaraq ağ xəzdən hazırlanmış gödəkcə alan jurnalistlərdən biri bir neçə həftə öncə çox ilginc bir faktla qarşılaşıb. Bəlli olub ki, bu dükanda satılan ağ xəz dərilən əslində heç də xəzdən hazırlanmır.

Amma qiymətləri kifayət qədər yüksəkdir. GUNDEMİNFO.AZ-a müraciət endən həmkarlarımızdan biri deyir ki, dükanda yüksək peşakarlıqla vətəndaşları aldadırlar. «Dükana daxil olmaq istəyən müştəriləri «Sədərək» Ticarət Mərkəzinin qarşısında əllərində xüsusi «vizitkalar» olan maklerlər qarşılayırlar. Maklerlər, elə dükanın əməkdaşları olan gənclər müştəriləri dükana dəvət edirlər. Və guya özlərini yad bir vasitəçi kimi təqdim etməklə kartlar təqdim edirlər. Bu kartları təqdim edən həmin vasitəçilər deyir ki, «Femina»ya daxil olan zaman özünüzü bilməməzliyə vuraraq buranın daimi müştərisi olduğunu deyin və sizi 50 faizə qədər endirim gözləyir.

Dükana daxil olan olan xüsusi canfəşanlıqla vətəndaşları qəbul edirlər. Nəticə etibarilə də sizə ticarət mərkəzinin önündə təqdim edilən kartlar ümumiyyətlə dəyərsiz bir kağız parçasına çevrilir. Dükanda satıcılarla söhbət zamanı bəlli olur ki, Ticarət Mərkəzinin önündə avtomobilloərin park edilən yerində təqdim edilən kartlar ümumiyyətlə heç bir endirimdə iştirak etmirlər. Daha sonra isə müştərilərə onların geyiminə, iştirakına və danışğına görə qiymətlər təqdim olunur. Satılan məhsulların üzrəində yazılmış qiymət 7000 manatdırsa, satıcı həmin malı sizə 1000 manata qədər qiymətə təklif edir. Burada 15 000 manata satılan xəzləri siz 2000 manata da ala bilərsiniz. Aldığınız məhsulun xüsusi çantası, dəri (?) əlcəkləri və sair aksesuarları da sizlərə pulsuz təklif oşunur» deyə GUNDEMİNFO.AZ-a müraciət edən müştəri bildirir.

«Femina»dan ağ xəz alan müştərimiz olan şikayətçi jurnali st deyir ki, cəmi 1 həftə sonra bəlli olacaq ki, xəzin tükləri tökülür. Dükana şikayətçi kimi təkrar müraciət edən həmkarımıza isə deyirlər ki, qabaqcadan ağ xəzlərdə problemin olduğu barədə satıcılar sizə xəbərdarlıq etməliyidilər. Lakin satıcılar heç bir xəbərdarlıq etmirlər. Məlum olur ki, ağ xəzlər əslində Çin istesalı olsa da, ilk müraciət edən müştərilərə Yunan istehsalı kimi təqdim olunur. Və beləliklə narazı olan vətəndaşlara problemlər yaradılır. Hər halda «Femina»da xidmətin «yüksəkliyi» müştərilərin daha çox aldadıldığına dəlalət edir.
Bu mövzu ilə bağlı faktlarla daha geniş araşdırmalarımızı ən qısa zamanda təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın