Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Gündəm / Bu da Rza Zərrabın var-dövlətinin SİYAHISI

Bu da Rza Zərrabın var-dövlətinin SİYAHISI

Bir müddət əvvəl ABŞ-ın Mayami ştatında həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın var-dövlətinin siyahısı hazırlanıb. Azinforum.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən biznesmen barəsində açılmış cinayət işinin istintaqını aparan prokurorun hazırladığı sənəddə iş adamına məxsus olan iri mülklər sadalanıb.

Zərrab ailəsinə məxsus olan var-dövlətə həsr edilmiş sənəddə qeyd edilir ki, iş adamı verdiyi ilk ifadədə 8 milyon dollarlıq evinin, bir ofisinin və Türkiyədə cəmi bir mağazasının olduğunu qeyd edib. Lakin sonrakı araşdırmalar bu ifadənin həqiqətə uyğun olmadığını üzə çıxarıb və Rza Zərrabın sahibi olduğu var-dövlətin siyahısı hazırlanıb.

Siyahıdakı ən dəyərli mülk və əşyaların adları:

1. Rza Zərrabın öz adına olan 20 daşınmaz əmlak, çoxsaylı şirkətlər, qızı və həyat yoldaşının adına olan 3 mülk.
2. Ümumi dəyəri 40 min avrodan çox olan silahlar.
3. Zərraba, həyat yoldaşına və “Royal Group” şirkətinə məxsus olan və ümumi dəyəri 100 min dollardan artıq olan 6 at.
4. “Rza Yaxtaçılıq” və “Royal Turk LLC” şirkətlərinə məxsus olan 7 gəmi.
5. “TC-RZA” şirkətinin balansında olan özəl təyyarə.
6. İş adamının özünə və şirkətinə məxsus olan 17 lüks avtomobil.
7. Ümumi dəyəri 10 milyon dolları keçən qiymətli sənət əsərləri.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın