Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Gündəm / Böyük cinayətin üstünün açıldığı verilişdə jurnalist Məhəmmədəli Qəriblinin çıxışı – VİDEO

Böyük cinayətin üstünün açıldığı verilişdə jurnalist Məhəmmədəli Qəriblinin çıxışı – VİDEO

Bugünlərdə  Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” adlı verilişdə  ölkəmizdə törədilən ağır bir cinayət ətrafında müzakirə aparılıb. Verilişin gedişi zamanı müəyyən edilib ki,  Azərbaycanda itkin düşən  Aygül Atsubayeva adlı  qazaxıstanlı qız imkanlı iş adamı olub. Yolçu Yusifov adlı şəxs  onunla 10 ay birlikdə yaşayıb, sonra 4 aylıq hamilə olan xanımı valideynləri ilə tanış etmək adı ilə Azərbaycana gətirib və bundan sonra qız yoxa çıxıb. Yolçu iddia edirdi ki, o qızla Bakı aeroportunda ayrılıb və sonrakı proseslərdən xəbəri olmayıb. Qızın verilişdə iştirak edən qardaşı isə iddia edirdi ki, bacısının harda olduğunu Yolçudan başqa kimsə bilmir. Sonra məlum olub ki, veriliş efirə gedəndən sonra, Yolçu Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və Aygül Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.
Həmin verilişdə ekspert kimi iştirak edənlərdən biri də  tanınmış jurnalist Məhəmmədəli Qəribli olub.  Azinforum.az böyük rezonansa səbəb olan verilişdə Məhəmmədəli Qəriblinin ortaya qoyduğu mövqeyə aid videoyazını təqdim edir.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …