Şənbə , Yanvar 22 2022
Ana səhifə / Gündəm / BNA ilə “parkinq qoçuları”nın yaratdığı “CƏHƏNNƏM” – Bu xaosun səbəbkarı kimdir? – FOTO

BNA ilə “parkinq qoçuları”nın yaratdığı “CƏHƏNNƏM” – Bu xaosun səbəbkarı kimdir? – FOTO

Bakının ən böyük problemlərindən biri tıxac və parkinqdir.

Yenicag.az xəbər verir ki, Bakının tıxac probleminin əsas səbəblərindən biri Bakı Nəqliyyat Agentliyinin (BNA) parkinq siyasətidir.

Elə bir görüntü yaranıb ki, BNA reket parkinq şirkətləri ilə bacarmır, əslində isə bu şirkətlər məhz BNA-nın və onun sədri Vüsal Kərimovun havadarlığı ilə işləyirlər.

Bakının parkinq işinə “As parkinq” şirkəti baxır. İddia olunur ki, Vüsal Kərimovun onlara gücü çatmır. Əslində isə Vüsal Kərimov şübhəli Qarabağ qazisi və veteranlarını önə verərək, pul qazanmaqla məşğuldur. Vüsal Kərimov bir qrup həyasız adamı ətrafına yığaraq reketçilik edirlər.

Vüsal Kərimovun havadarlığı ilə Bakıda parkinqlər sözün əsl mənasında soyğunçuluqla məşğuldur. Bu isə ölkədə sosial partlayışa gətirib çıxara bilər. İş o yerə gəlib çatıb ki, hətta deputatlar da parkinq siyasətindən və qiymətindən bezərək, narazılıqlarını dilə gətirirlər. BNA isə məsələni boynundan atır.

Həmçinin oxuyun

“Veysəloğlu” şirkətində yoxlamalar başlayır — Saytlara qarşı kiber hücumları kim təşkil edir?

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayacaq. Bu barədə Azsiyasət.com-a …