Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bir stadionun öt örtüyünə ayrılan pulla yeni stadion tikmək olarmış…

Bir stadionun öt örtüyünə ayrılan pulla yeni stadion tikmək olarmış…

İllərdir ki, Tofiq Bəhramov adına Respublika stadionunda niyə normal ot “bitirə” bilmirlər?

İllərdir ki, Tofiq Bəhramov adına Respublika stadionunda normal ot “bitirə” bilmirlər. Stadion dəfələrlə təmirə bağlansa da, bunun üçün büdcədən milyonlarla vəsait ayrılsa da,  yaranan mənzərə hər kəsi məyus edir.
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” Bakıda “Göteborq” u 3:0 məğlub etsə də, stadionun vəziyyəti hamını məyus etdi. Təsadüfi deyil ki, rəqib klub stadionun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib. İsveç klubu hesab edir ki, futbolçuları Mikael Boman və Soren Riks sırf stadionun qazonunun bərbad olması səbəbindən zədələniblər.
Xatırladaq ki, 2011-ci ildə  stadionun yenidən qurulması üçün  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə on milyon manat məbləğində vəsait ayrılmışdı. Stadion o vaxt  guya təmir edildi. Lakin cəmi bir il sonra-2012-ci ilin avqust ayında stadionda yenidən çökmələr meydana gəldi. O zaman  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev “Yeni Müsavat”a açıqlamasında stadionda çöküntü olduğunu təsdiqləsə də, bildirmişdi ki, bu, ciddi bir şey deyil: “Bu o demək deyil ki, iş keyfiyyətsiz görülüb. Stadionun istənilən yerində belə cüzi bir şeylər ola bilər. Stadionu kimin tikməsindən asılı olmayaraq bu, olub. Dediyim kimi, bu elə də böyük bir şey deyil. Kafel, ya da metlax qopub, onu da düzəldəcəklər”.
Lakin sonrakı illərdə stadionun yenidən əsaslı təmirə bağlanması göstərdi ki, məsələ heç də bir kafelin qopması qədər sadə deyilmiş. Beləliklə də demək olar ki, hər il stadion ot örtüyünün bərpası üçün təmirə bağlanır. Son olaraq isə bu ilin mart ayında məlumat yayıldı ki,  Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü istifadəyə yararsız olduğu və gələcək Avrokubok matçlarının yüksək səviyyədə keçirilməsi üçün təmirə dayanıb. Lakin yuxarıda qeyd etdiyimiz xarici komandanın şikayəti göstərdi ki, yenə də ayrılan vəsaitin stadiona faydası olmayıb.
Nəhayət, stadionun rəhbərliyindən yenidən təmir anonsu gəlib. Belə ki, arenanın direktoru Şamil Quliyev “Report”a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.
Image result for Tofiq bəhramovda ot örtüyü
 
Onun sözlərinə görə, ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başlayıb. Suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb: “Təmir işləri stadionumuzu icarəyə götürən ”Qarabağ” klubu tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıb. “Göteborq”la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, “Qarabağ”ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar. “Göteborq”la ev oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və “Bura nə gündədir?” dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı”.
 
Direktorun fikrincə, avqustun 2-də Çexiya “Viktoriya”sı ilə Bakıdakı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: “Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək”.
Məsələ ilə bağlı stadionun nəzdində olduğu Gənclər və İdman Nazirliyinin mətbuat xidməti ilə əlaqə cəhdimiz baş tutmadı. İqtisadçılar hesab edirlər ki, indiyə qədər bu stadionun təmirinə 50 milyondan yuxarı vəsait xərclənib ki, buna da başqa bir stadion tikmək olardı. 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın