Şənbə , May 21 2022
Ana səhifə / Gündəm / Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edildi

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edildi

17:28 

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. virtualaz.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.

Vəkil çıxışında təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib. Mahir Quliyev də son sözündə vəkilin çıxışını müdafiə edib.

Prosesdə hökm oxunub. 

Hökmə əsasən, Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub. 

Bununla yanaşı, məhkəmənin hökmünə əsasən, Mahir Quliyevin əmlakları müsadirə edilib. Belə ki, M.Quliyevin Bakı şəhərində yerləşən iki mənzili və avtomobilinin müsadirə edilməsi barədə qərar çıxarılıb. Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

***

13:20

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu barədə onun vəkili Leyla Məmmədova deyib.

Vəkil bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə fasilə elan olunub. Günün ikinci yarısından sonra məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. 

Həmçinin oxuyun

Adil Vəliyevin Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz …