Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Biabırçılıq: 7873 nəfərin 1242-ü ana dilindən “2” aldı

Biabırçılıq: 7873 nəfərin 1242-ü ana dilindən “2” aldı

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub.

Bu barədə virtualaz.org saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriblər.

Xəbərdə deyilir ki, imtahanın nəticələri aprelin 27-də TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın