Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Beyləqanda icra başçısı ilə şöbə müdiri arasında QALMAQAL

Beyləqanda icra başçısı ilə şöbə müdiri arasında QALMAQAL

Vaqif Abdullayevin «Gül Bayramı»ı üçün pul yığdırdığı Tofiq Sadıqovu danlaması təhsil şöbəsinin müdirini ürəkağrısına salıb

Ötən günlərdə xəbər vermişdik ki, Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov icra başçısı Vaqif Abdullayevin təlimatı əsasında orta məktəblərdən pul yığmağa başlayıb.Azinforum.az jam.az-a istinadən xəbər verir ki, həmin yığım «Gül Bayramı»nın təşkil edilməsi xərclərini önləmək məqsədi daşıyır.

Bu yığım prosesi ilə bağlı etiraz edənlərin də olması işləri bir qədər çətin salsa da, Tofiq Sadıqovun vəziyyətdən çıxış yolu tapdığı vurğulanırdı. Qeyd edilirdi ki, təhsil şöbəsinin müdiri etiraz edənləri işdən çıxaracağı ilə hədələyirmiş.

Bir neçə gün əvvəl isə Beyləqan İcra Hakimiyyətində bu məsələ ilə bağlı qalmaqal yaşanıb. Qalmaqala səbəb «Gül Bayramı» ilə əlaqədan pul yığılmasının ləng getməsi olub. Məlumatda deyilir ki, Tofiq Sadıqovu təcili olaraq yanına çağıran icra başçısı Vaqif Abdullayev onu bərk danlayıb. Belə ki, təhsil şöbəsinin müdirini işinin öhdəsindən gəlməməkdə ittiham edən rayonun rəhbəri, onu işdən çıxardıracağını və sonra da yoxlatdıraraq həbs etdirəcəyi ilə təhdid edib. Və tələb edib ki, qısa müddət ərzində nəzərdə tutulan pulları yığaraq, təhvil versin.

Vaqif Abdullayevlə gərgin keçən görüşdən sonra Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun səhhətində problem yaranıb. İddialara görə, həmin görüşdən sonra şöbə müdiri ürəyindən şikayət edərək, artı qiki gündür işə belə çıxmır. Amma orta məktəblərdən pul yığılması prosesi dayandırılmayıb və şöbənin işçiləri məsələni yoluna qoyurlar.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın