Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Gündəm / Belçika aeroportunu partladan iki qardaş imiş – Foto

Belçika aeroportunu partladan iki qardaş imiş – Foto

Belçikanın paytaxtı Brüsseldə hava limanında törədilmiş terror aktını törədənlərin kimliyi məlum olub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Belçika polislərinin araşdırmaları nəticəsində partlayışı İbrahim və Kalim əl Bakraui qardaşlarının törətdiyi müəyyənləşdirilib.

Onların Belçika vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, hər iki qardaş Parisdə baş vermiş terrorda da şübhəli bilinir. Qardaşlardan birinin 27, digərinin isə 30 yaşı var.

Xatırladaq ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın