Ana səhifə / Gündəm / Belə həkimlərə diplomu kim verib? – ŞİKAYƏT

Belə həkimlərə diplomu kim verib? – ŞİKAYƏT

Ötən ilin noyabrında ayaqlarında damar genişlənməsi əməliyyatı aparılan qadın hələ də yataq şəraitində müalicə alır. “Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları da, çıxarmalı olduqları damar da içəridə qalıb. 8 ay keçib, məni hələ də xərəkdə xəstəxanalara daşıyırlar”. Bakı sakini Şölə Quliyeva deyir, hər iki ayağındakı damar genişlənməsindən (varikoz) əziyyət çəkdiyi üçün ötən ilin noyabrında Səhiyyə Nazirliyinin nəzdindəki Xüsusiləşdirilmiş Angioloji Mərkəzə müraciət edib. Müayinələrdən sonra həkimlər təcili əməliyyata ehtiyac olduğunu bildiriblər.

Dia.az  bildirir ki, əməliyyat gerçəkləşib, amma həkimlər nəinki xəstənin ayaqlarını, heç yaralarını da sağalda bilməyiblər. Şölə xanım, nə az-nə çox, düz 2 ay xəstəxanada qalıb. Bu ilin yanvarında o, yaraları tam sağalmamış vəziyyətdə evə buraxılıb: “Yaralardan hələ də çirk gəlir… Gedirəm həmin xəstəxanaya, hər dəfə az qala bir ovuc tibbi bint sapı çıxarıb yola salırlar. Yaralar bitişmir, həkim də yıxır öz üstümə, deyir, orqanizmin belədir. Hara getdimsə, müayinə etdilər, dedilər, əməliyyat səhv aparılıb. İş orasındadır, əməliyyatı səhv aparan həkimlər bu gerçəklə razılaşmırlar. “Yaranın içindən hər dəfə bir topa sap çıxarırlar, deyirlər, günah xəstədədir, elə bil sapı ora mən yığmışam. Çıxarılmalı damarın yarısını kəsib içəridə saxlayıblar, özlərini elə aparırlar ki, elə bil damarı özüm dartıb çıxarmalıydım. Səhvlərini boyunlarına almaqdansa, adamın özünü borclu çıxarırlar”.

Şölə xanım səhv əməliyyat üzündən 8 ayda xeyli maddi zərərə düşdüyünü də iddia edir.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın