Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Gündəm / “Bazar Store”da isatılan lokumdan qurd çıxdı – FOTO + VİDEO

“Bazar Store”da isatılan lokumdan qurd çıxdı – FOTO + VİDEO

“Bazar Store” mağazalar şəbəkəsində istifadəyə yararsız şirniyyat satılır.
Bu barədə redaksiyamıza şikayət daxil olub. “Bazar Store” mağazalar şəbəkəsinin Masazır filialından “Can-Pa” firmasına aid Badamlı lokum alan müştəri gözlənilməz hadisə ilə rastlaşıb: “Ailəvi qonaq gedirdim, “Bazar Store” dan çəki ilə lokum aldım. Süfrədə lokumla çay içdiyimiz vaxt üzərində qurdların gəzdiyini gördüm. Diqqətlə baxdıqda gördüm ki, lokumun üstündəki badam ləpələrinin demək olar ki, hamısında qurd var. Qonaq getdiyim yerdə belə hadisənin baş verməsi olduqca pis haldır. Bu vaxt telefonun video kamerası ilə həmin görüntüləri qeyd etdim”.
Məsələ ilə bağlı “Bazar Store” mağazalar şəbəkəsinin Masazır filialı ilə əlaqə saxladıq. Mağazadan bildirdilər ki, bəhs edilən lokumları üzərində yoxlama aparılıb ancaq, heç bir mənfi hala rast gəlinməyib.
Həmin görüntüləri təqdim edirik:

Yeniavaz.com

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …