Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Başqasının göz yaşına qətiyyən toxunmaq olmaz – XƏBƏRDARLIQ

Başqasının göz yaşına qətiyyən toxunmaq olmaz – XƏBƏRDARLIQ

Türkiyədə keçirilən oftomotoloqların elmi konfransında müasir zamanda göz xəstəliklərinin yayılmasının əsas səbəbləri müəyyən edilib.
Moderator.az xəbər verir ki, çağdaş dövrümüzdə göz xəstəliklərinin əsas mənbəyi təbii ki, kompüterlərdi. Ofis şəraitində çalışan, kompüterlə mütəmadi işləyən insanların demək olar ki, hər birində aktiv və passiv şəkildə göz iltihabı var. Birmənalı şəkildə hamısında isə göz suyunun quruması halı müşahidə olunur. Bu, həm də mütəmadi olaraq kompüter oyunları oynayan uşaqlara da aiddir.
Göz xəstəliklərini yayan maraqlı səbəblərdən biri ictimaiyyəti təəccübləndirib. Bu, başqasına aid olan göz yaşıdır. Belə ki, başqasının göz yaşına toxunduqda həmin insanın gözündəki bütün xəstəlikləri birbaşa özünə “köçürmüş” olur. Çünki göz yaşı gözdəki bütün fəsadları özünə hopdurur və əksər hallarda da bu xəstəliklərin ümumi nəticəsi kimi xaric olunur. Başqasının göz yaşına toxundan sonra təsadüfən gözlərinizi ovuşdursanız, bu xəstəliklər həmən sizə də keçə bilər:
Göz qızarması, ifrat sulanma, göz qapağında şişmələr.
Odur ki, kiminsə göz yaşını sildikdən, yaxud təsadüfən toxunduqdan sonra əllər mütləq sabunla təmizlənməlidir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın