Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Başçı müavini intihar etmiş məhşur MTN-çi İlqar Əliyevə nə bağışlayıb? – Sensasiya

Başçı müavini intihar etmiş məhşur MTN-çi İlqar Əliyevə nə bağışlayıb? – Sensasiya

MTN işində hər gün yeni-yeni cinayətlərin, heyrətamiz faktların üstü açılır. Eldar Mahmudov bandasının cəncəl işləri və dolaşıq, labirint əməliyyatları dövlət strukturlarında işləyən əksər məmurları qırmağa salıb.
Keçmiş nazirin ölkənin ikinci adamı kimi özünü aparması, dövlət içində dövlət yaratması məmurları tələdən qaçmağa macal verməyib. Onlardan daha biri haqda müdhiş nüansa diqqət çəkmişik.
AnaXeber.Az MTN işində Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun tələyə düşməsini öyrənib.
İcra başçısının müavini MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlamalı olub.
Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. R.Zeynalov yazıb ki, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib.
Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.
Xəzər rayon icra başçısının müavini mətbuata tanış addır. Bir müddət əvvəl onun oğlunun saxlanması haqda xəbər yayılmışdı.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova məxsus “Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirdiyi bildirilirdi.
Yasamal rayonundakı “Şüşəli bazar”ın yaxınlığında yerləşən kafedə Aynar Məmmədovla birlikdə daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən birinin də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlu olduğu bildirilirdi.
Amma Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov xəbərin yalan olduğunu demişdi: “Vaqif Həsənovun oğlu 4-5 aydır ki, Lənkəranda hərbi xidmətdədir”.
AnaXeber.Az mediaya istinadla mxəbər verir ki, V.Həsənovun adı iş adamını aldatmaqda da hallanıb.
Onunla 16 min manatlıq torpaq sövdələşməsində Xəzər RİH başçısına imzalatmalı olduğu sənədləri RİH-nin təsərrüfat şöbəsinin müdiri İmran Qəmbərovla razılaşdıra bilmədiyi bir qalmaqallı torpaq sahəsinin sahibi şikayət edib.

Şikayətçi Azər Talıbov: “Xəzər RİH başçısının 1-ci müavini, əvvəllər Qaradağ rayon RİH başçısının müavini işləyib. Məhz sahibkarlara, xüsusən də Qaradağdakı daş karxanaları sahiblərinə qan uddurmasına, digər korrupsiya əməllərinə görə bu rayondan uzaqlaşdırılıb.
Vaqif Həsənov indi də Xəzər rayonunda RİH başçısı Gülağa İslamovun, belə demək mümkündürsə, etibarından, üzyumşaqlığından, bəlkə də zəifliyindən sui-istifadə edərək rayonda əsil soyqırımla məşğuldur.
Onun Xəzər RİH-ə təzə gəldiyi müddətdə yalnız ticarətə xidmət edən fəaliyyəti rayon ərazisində uzun illərin zəhməti sayəsində boy atmış ağacların kəsilməsi, “soyqırımı” ilə yadda qalıb. Bu insan rayon ərazisini asassız olaraq tikinti biznesinə, torpaq satmaqla qazanc əldə etmək istəklərinə qurban edib”.

AnaXeber.Az yazır ki, belə əməllərdə ittiham olunan V.Həsənovun MTN vəzifəlisi İ.Əliyevə özbaşına mağaza tikib verməsi inandırıcı görünmür.
Bu məsələ rayon rəhbərliyi ilə razılaşdırılıb. Bunun səbəbi və MTN-çilərdən asılılığın sirri nədə olub, qeyri-müəyyən olaraq qalır.
Hər halda vəkil bir hüquqşünas olaraq öz məsuliyyətini bilir və yaydığı bu məlumat da ciddi informasiyaya söykənir.
Əks halda Xəzər RİH ya vəkili məhkəməyə verməliydi, ya təkzib tələb etməliydi. V.Həsənovla İ.Əliyevi bir-birinə bağlayan tellərin, bağların nə olduğu bilinmir.
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) intihar etməsi ətrafında söz-söhbətlər isə bu günə kimi səngimək bilmir.
Mətbuatda yayılan iddialara görə, intihardan bir neçə gün öncə İlqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və general Akif Çovdarovla üzləşdirilib.
İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb.
Ehtimal olunur ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb.

Hər halda mövzu yenə də müəmmalı və aktual olaraq qalır. Lakin həm polkovnikin, həm Çovdarovun vəkilləri üzləşmə xəbərini təkzib edib.
AnaXeber.Az mətbuata istinadla yazır ki, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra – 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib.
M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb. Yazıda adı keçən şəxslərin iddialarla bağlı mövqeyini və vəkilin dediklərinə dair münasibətini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın