Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.
Bu barədə AzVision.az-a yerli sakinlər məlumat verib. Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir.
Sakinlərin bildirdiyin görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.
Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən AzVision.az-a verilən məlumata əsasən satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətındən kənar hissəsəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”.