Ana səhifə / Gündəm / Bank sektorunun “boz kardinallarının” mübarizəsi qızışır

Bank sektorunun “boz kardinallarının” mübarizəsi qızışır

“Bank Technique”də “üçlər”dən kim qalib gələcək?; Cahangir Hacıyev bankı güzəştə getmək istəmir; iqtidar külli-miqdarda borcu qalan bankirin ölkədən çıxmasını arzulamır; öz pullarını götürmək üçün müraciət edən müştərilərə vəsaitlər hissə-hissə verilir; vəziyyət kimin lehinədir?

“Bank Technique”də ciddi maliyyə problemləri ilə bağlı mediada bir neçə gündür ki, məlumatlar yer alır. Bildirilir ki, bankda maliyyə çatışmazlıqları yaranıb və qurum ödəmələri həyata keçirməkdə çətinlik çəkir. Xatırladaq ki, beynəlxalq reytinq agentliyi “Moody’s”in ölkənin aparıcı banklarından biri hesab edilən “Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.

 
 
Agentlik həmçinin bankın kredit qabiliyyətini Caa2-dən Caa3-ə endirib. Bu qiymətləndirmə fevral ayında manatın devalvasiyası nəticəsində bankın kapital ehtiyatlarının zəifləməsini əks etdirir. Bankın uzunmüddətli depozit reytinqi neqativdir. Bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərliliyinin olmamasına dəlalət edir. 
Bankın Mərkəzi Banka təqdim edilmiş rekapitalizasiya planına əsasən səhmdarlardan subordinasiyalaşmış borc şəklində 8 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Bununla belə, vaxt çərçivələri müəyyən deyil. Bundan əlavə, agentlik qeyd edir ki, 8 milyon manat bankın kapitalının möhkəmləndirilməsi üçün yetərli deyil. “Bank Technique” ən azı 28 milyon manat kapital yatırımına ehtiyac duyur, bunun 5 milyon manatı birinci dərəcə kapitaldır.
Agentlik bildirir ki, əgər bank Mərkəzi Bankdan yetərli dəstəyi alsa, onun kredit və depozit reytinqinə yenidən baxılacaq.
***
Bankdan verilən məlumata görə, yaranmış problem ən yüksək səviyyədə müzakirə olunur və durumun həlli istiqamətində işlər görülür. Hazırda banka öz pullarını götürmək üçün müraciət edən müştərilərə vəsaitləri hissə-hissə verməklə yola salır.

“Bank Technique”də ciddi maliyyə problemləri ilə bağlı mediada bir neçə gündür ki, məlumatlar yer alır. Bildirilir ki, bankda maliyyə çatışmazlıqları yaranıb və qurum ödəmələri həyata keçirməkdə çətinlik çəkir. Xatırladaq ki, beynəlxalq reytinq agentliyi “Moody’s”in ölkənin aparıcı banklarından biri hesab edilən “Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib. 
Qeyd edək ki, bank 2012-ci ildən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətindədir. Cahangir Hacıyev o vaxt bank sektorunda tutduğu mövqedən istifadə edərək müavini Rövşən İsmayılovu banka rəhbər gətirib. “Bank Technique” Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edilib.
Məlumatlara görə, son günlər ara-sıra ictimaiyyət arasında görünməyə başlamış C.Hacıyev bank sektorundakı mövqelərinin tam itirmək fikrində deyil. O, hakimiyyətin ona hədsiz inamını doğrultmayıb və ölkənin ən iri kredit portfelinə sahib olan Beynəlxalq Bankı faktiki batırıb. Amma müəyyən səbəblərdən həbsdən qurtulan C.Hacıyev “Bank Technique”ni güzəştə getmək istəmir.

Xatırlayırsınızsa, hələ mart ayında istefasından sonra onun “Bank Technique”nin İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi barədə xəbərlər yayılmışdı. Xəbərlərdə iddia edilirdi ki, yaxın günlərdə Müşahidə Şurasının müvafiq qərarı ilə C. Hacıyev bu vəzifəyə təyin olunacaq. Beynəlxalq Bank işi ilə bağlı kütləvi həbslərin olduğu bir vaxtda C.Hacıyevin “Bank Technique” təyinatı baş tutmadı. Məlumdur ki, C.Hacıyevin şirkətlərinin də həm “Bank Technique”, həm də Beynəlxalq Banka olan külli miqdarda borcu tam ödənilməyib.
C.Hacıyevin ən yaxın adamı, Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri Adil Hüseynov hazırda həbsdədir.
“Qara polkovnik” kimi tanınan, mərhum polis polkovniki Fətullah Hüseynovun oğlu A.Hüseynov bu il mayın 13-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyri-rəsmi məlumatlara görə, A.Hüseynov 319 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur. Onun vəkili mətbuata bildirib ki, həmin vəsait Birləşmiş Ərəb Əmirliklərində Cahangir Hacıyevə məxsus “İntertekstil” fabrikinin və poladtökmə zavodunun inşasına sərf olunub. Özü də kredit A.Hüseynov tərəfindən götürülməyib. 
Ən son məlumatlara görə, A.Hüseynovun mənimsədiyi məbləğ təxminən 20 dəfə azaldılıb. Bundan başqa, bildirilir ki, 2 aydan artıqdır onunla bağlı heç bir istintaq hərəkəti aparılmır. Bəzi məlumatlara görə, C.Hacıyev borcları müqabilində bu müəssisələrin hökumətə verilməsini təklif etsə də, ortaya başqa bir ciddi problem çıxıb. C.Hacıyevin vaxtilə şəriki olan çeçen əsilli iş adamı Hüseyn Marayevin bu müəssisələrdə 50 faizlik payı var. H.Marayev indi yaranmış fürsətdən istifadə edərək müəssisələri tam şəkildə nəzarətinə keçirmək istəyir. Bu səbəbdən də C.Hacıyev borc problemini həll edə bilmir. İqtidar da C.Hacıyevin indilikdə bekar qalmasını və ölkəni tərk etməsini arzulamır.
Mümkündür ki, əmanətçiləri narazı salmamaq üçün C.Hacıyev birbaşa bank rəhbərliyinə gətirilməsin və “Bank Technique”yə ancaq nəzarəti həyata keçirsin. Amma bu məsələdə də C.Hacıyevin əleyhdarları var. Məlumdur ki, bank sektorunun “boz kardinalları” hesab olunan C.Hacıyevlə maliyyə naziri Samir Şərifov və Mərkəzi Bank sədri Elman Rüstəmov arasında uzun müddətdir ki, konflikt var. Bank sektorunun bu üç nəhəngi daima, yumşaq desək, rəqabətdə olublar. C.Hacıyevin istefasından sonra Beynəlxalq Banka maliyyə nazirinin yaxın dostu rəhbər gətirilib. Beynəlxalq Bank rəhbərliyinə öz yaxın adamını rəhbər təyin etdirə bilməyən E.Rüstəmov isə bu məğlubiyyətin əvəzini “Bank Technique”də çıxmaq istəyir.
Göründüyü kimi, yaranmış durum heç də C.Hacıyevin lehinə deyil. Amma C.Hacıyev iqtidardan ən yüksək səviyyədə razılıq ala bilsə, rəqibləri müqavimət göstərə bilməyəcək.
Hər halda, yaxın günlərdə “Bank Technique”lə bağlı problemin necə həll olunacağı bilinəcək.
 
Çünki Mərkəzi Bank “Bank Technique” lazım olan vəsaiti ayırmasa, bank müflis olacaq ki, bu prosesin artıq əmanətçilərin öz pullarını geri çəkməklə başladığı göz önündədir.
“Yeni Müsavat” 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın