Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Bank of Baku”nun 30 faizlik dollar krediti – Şikayət (Sənəd)

“Bank of Baku”nun 30 faizlik dollar krediti – Şikayət (Sənəd)

Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 41, mənzil 6-da yaşayan Cavid Paşa oğlu Paşayev “Bank of Baku”ya etdiyi müraciətin bir nüxsəsini də Mia.az-a göndərib.

O, müraciətinə bankdan götürdüyü kreditin ödəniş cədvəlini də əlavə edib. Sənəddən görünür ki, bank müştərisinə ağır şərtlərlə – 30 faizə kredit verib. Ancaq müştəri o zaman razılaşmaq məvburiyyətində qalıb. Maraqlıdır ki, dollarla açılan kredit tranşının ödəmə cədvəlində aylıq ödəniş dollarla göstərilsə də, adi qələmlə o zamankı manat kursu ilə “182 AZN”  qeydi də var.  Lakin manatın iki dəfə kəskin “ölməsi” səbəbindən indi bu borcu ödəmək problemə çevrilib. Bank isə o zamankı kursu deyil, indiki kursla müştərisindən borcu tələb edir. Şikayətçi isə banka optimal variant təklif edir…

Mia.az bu təklifin nədən ibarət olmasını və hazırkı vəziyyəti Cavid Paşayevin öz sözləri ilə təqdim edir:

“Nəzərinizə çatdırıram ki, 16.09.2014-cü il tarixində mən (Paşayev Cavid Paşa oğlu, müştəri kodu 139047) “Bank of Baku”dan 4100$  kredit götürmüşəm. Həmin vaxt 1$=0.785 manat idi. Birinci devalivasiyadan sonra məcburən, böyük çətinliklə krediti odəməyə davam elədim. 2015-ci ilin dekabrında ikinci kəskin devalvasiya oldu. Mən də həmin tarixdə sonuncu ödəniş olub və 1830$ borcum qalıb.

Hal-hazırda mənə güzəşt tətbiq eləsəniz, yəni 1$=1.05 manat kursu ilə qəbul etsəniz, mən borcu tam olaraq bir dəfəyə ödəyərdim.

Nəzərinizə çatdırıram ki, ödəniləcək məbləği mənə yaxın dostlar köməklik edəcək. Ümüd edirəm, siz tərəfdən güzəşt tədbiq olunacaq”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın