Ana səhifə / Gündəm / Banan inhisarçısı olan general sahibkarın qarşısını kəsib nə dedi…

Banan inhisarçısı olan general sahibkarın qarşısını kəsib nə dedi…

Bu günlərdə Ermənistanın baş naziri Karen Karapetyan televiziyaya müsahibəsində demişdi ki, idxalda daha heç bir problem yoxdur, kim istəyir, nə istəyir, gətirə bilər.

“Aravot” qəzeti isə yazır ki, baş nazirin bu sözlərinə inanan bir iş adamı  Ermənistana bir maşın banan gətirib.

Doğrudan da sərhəddə gömrüklə və ərzaq mallarının təhlükəsizliyi müfəttişliyi ilə problem olmayıb. Ancaq maşın Ermənistan ərazisinə daxil olan kimi qarşısını naməlum adamlar kəsiblər. Sonradan məlum olub ki, onlar məhkəmə qərarlarının icrası xidmətinin keçmiş rəisi Miqran Poqosyanın adamlarıdır.

Poqosianın özü də orda olub.

Özünü general kimi təqdim edib və deyib ki, idxalçılar bir də belə səhvləretməsinlər.

Poqosian elan edib ki, xoş məramlı hərəkət kimi bütün bananı almağa hazırdır.İş adamı isə cavabında bildirib ki, axı

baş nazir özü  ərzaq idxalı ilə hər bir kəsin məşğul ola biləcəyini deyib. Poqosian isə ona məsləhət görüb ki,  “nağıllara inanmasın”

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın