Cümə , Yanvar 22 2021
Ana səhifə / Gündəm / Bakıda zorlama baş verdiyi deyilən internatla bağlı ŞOK İDDİALAR – Əslində nə necə baş verib?

Bakıda zorlama baş verdiyi deyilən internatla bağlı ŞOK İDDİALAR – Əslində nə necə baş verib?

DİA.AZ: – Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbin psixoloqu İmarət Mehdiyevanın mətbuata müraciət edərək orada yuxarı sinif şagirdlərinin azyaşlı oğlan uşaqlarını zorladığını, məktəbdə özbaşınalığın, nizam-intizamsızlığın baş alıb getdiyini açıqlaması növbəti şok effektini yaradıb. Təbii ki, rəsmi strukturlar məsələyə münasibət bildirmək istəmirlər və yaxud şablon cavablarla kifayətlənirlər. Onu da qeyd edək ki, bu arada redaksiyamıza sözügedən qalmaqalla bağlı ilginc informasiyalar daxil olub.

İnternat məktəbdəki adının çəkilməsini istəməyən müəllimlərdən birinin dediyinə görə, psixoloq İmarət Mehdiyevanın problemləri Pəri Paşayevanın bu məktəbə yeni direktor təyin olunmasından başlayıb. Direktorla psixoloqun yola getməməsi onların mübarizəsinin başqa müstəviyə keçməsinə səbəb olub.

Mənbənin DİA.AZ-a söylədikləri: “İmarət Mehdiyeva “Mən 15 ildir orada psixoloq kimi işləyirdim” deyir və belə bir şok effektli bir iddianı səsləndirir. Ən azından buradan məsələnin mahiyyətini tutmaq olar. Hər halda əgər həqiqətən də qeyd olunan ittihamlar doğrudursa, həmin 15 il ərzində psixoloq kimi fəaliyyət göstərən İmarət xanımın özü də əsas cavabdehlərdən biridir. Qeyd olunan biabırçılıq bir-iki aya ərsəyə gələsi deyil ki? Amma buna rəğmən İmarət Mehdiyevə direktorla arasındakı ədavətə elə qapılıb ki, hətta danışdıqlarının ona ağır məsuliyyət yaratmasının fərqində belə deyil”.

Mənbə daha sonra bildirir ki, İmarət Mehdiyeva internat məktəbinin şagirdi azyaşlı M.Ə-ni öz otağına çağıraraq naməlum ərizəyə imza etməsini tələb edib. M.Ə. bundan imtina edəndə İmarət Mehdiyeva onu saxlamış və əli ilə qolundan sıxaraq xəsarət yetirib. Həmin fakt məktəb rəhbərliyi tərəfindən aktlaşdırılıb. Şagirdin valideynləri bu hadisə ilə bağlı polisə də müraciət edir və İmarət Mehdiyevanın hərəkətləri təsdiqini tapır.

Amma direktorla psixoloqun mübarizəsi bundan sonar daha da şiddətlənir. İmarət Mehdiyeva şagirdlərə yenidən izahatlar yazdırır. Sonradan şagirdlər valideynlərinin iştirakı ilə bu izahatları məcburən yazdıqlarını və psixoloqun onları nizam-intizam qaydalarını pozmağa çağırdığını açıqlayırlar.

DİA.AZ-a danışan mənbə bildirir ki, hadisələrin yekunu İmarət Mehdiyevanın işdən uzaqlaşdırılması ilə nəticələnir. Müəllimənin dediyinə görə, zorlama, internatda özbaşınalıq müraciəti də bundan sonar ortaya çıxır.

Məsələ ilə bağlı araşdırmaları davam etdiririk. Kimin haqlı olduğunun dəqiqləşməsindən asılı olmayaraq, Təhsil Nazirliyinin internatlara nəzarətinin gücləndirməsi birmənalıdır. Belə müəllim, psixoloq və ya direktorla internatı idarə etmək, ordakı şagirdlərdən isə vətəndaş yetişdirmək olmaz.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın